Icma.az
close
up
RU
Ailə xalqın gələcəyi, dövlətin özülüdür

Ailə xalqın gələcəyi, dövlətin özülüdür

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Onun sağlamlığı və möhkəmliyi ümummilli hədəfdir

Ailə ocaqdır, isti yuvadır. Divarları sevgi və məhəbbətlə hörülmüş evin bünövrəsidir. Nə qədər ki, ailə quran cütlük bir-birini anlayır, güzəştə getməyi bacarır, eyni düşünüb, eyni istiqamətə baxır, onların bu evi uzunömürlü, sarsılmaz olur. Elə ki, onlar bir-birinin fikri ilə razılaşmaq istəmir, bax onda ailədə başlayan xırda söz-söhbətlər böyüyüb münaqişələrə səbəb olur.

İşlə əlaqədər Azərbaycan televiziya kanallarında yayımlanan münaqişə mövzulu proqramlara baxmaq imkanımız yoxdur. Amma arada həmin verilişlərdən sosial şəbəkələrdə paylaşılan bəzi süjetlər qarşımıza çıxır. Ərini qoyub qaçan, evdə arvad-uşağını əyləncəli həyata dəyişən insanlar tapılır. Açıq-saçıqlığın bu qədər təqdim edildiyi verilişlərə kanal rəhbərləri nəzarət etmirlərmi? Nəyi təbliğ edirlər? – Əxlaqsızlığı? Yüngül həyat tərzini?

Bu verilişlərə digər ölkələrdə baxanlar, yəqin, bunu düşünürlər: Azərbaycanda ailə modeli parçalanıb, əsrlərdir qorunan milli əxlaq pozulub. Nə böyüyə baxan, onları eşidən var, nə kiçiyi düşünən. Yazımızda televiziya verilişlərinə müdaxilə etmək fikrimiz yoxdur. Təqdim edilən süjetlərdəki durum bizi düşündürür. Biz xalq olaraq beləyikmi, mənəviyyatımız bu qədərmi korlanıb, niyə bu qədər boşanmalar var?

Görəsən, boşanmalara qadınların dözümsüzlüyümü, tərəflərin erkən yaşda evlənmələrimi, maddi ehtiyacmı, zərərli vərdişlərmi təkan verir? Valideynlərin müdaxiləsinin boşanmaya təsiri varmı? Subay qızların ailə dağıtmaları, evli kişilərin usaqlarını atıb əyləncəli həyatı seçmələrinin qarşısını maarifləndirmə ilə almaq mümkündürmü? Yoxsa hüquqi yollara əl atmaq zəruridir? Bölgələrdə bu məsələlərlə baglı aparılan maarifləndirmə tədbirlərinin nə kimi nəticəsi var?

Sualları erkən nikahlarla bağlı bir neçə layihə rəhbəri olmuş Fatma Hacıyeva və hüquqsünas Ramil Süleymanova ünvanladıq.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Bilrliyinin sədri Fatma Hacıyeva:

– Son zamanlarda ailə quranlar arasında boşananların sayı getdikcə artır. Sağlam və uzunömürlü ailələrin sayı isə azalmağa doğru gedir. Səbəblər müxtəlifdir. Bu gün cəmiyyətimizdə böyük qlobal problem və aktual məsələyə çevrilən boşanmalara əksər hallarda səbəb maddiyyat, xəyanət, şiddət, bir-birinə uyğun olmayan insanların izdivac qurmasıdır.

Azərbaycanda boşanma səbəbi yalnız kişinin və ya qadının xəyanəti üzündən olmur. Hətta deyərdim ki, çoxşaxəli olur. Məsələn, qayınanın, qayınatanın, baldızın, qayının və yaxud da digər qohumların ailəyə müdaxiləsi boşanmaya səbəb ola bilir. Müdaxilə edənin hər iki tərəfdən qohumlar olması mümkündür. Əksər gənc ailələr həyatlarına kənardan edilən müdaxilələrə davam gətirə, dözə bilmirlər. Bu da boşanmalara gətirib çıxaran səbəblərdəndir.

Maddi vəziyyətin normal olmaması da, hətta, qadın və ya kişi bir müddət ailənin dağılmaması üçün mübarizə apardıqdan və nəticə alınmadıqdan sonra boşanmaya səbəb olur. Xüsusilə, bəyin pulu evinə–ailəsinə deyil, dostlarla əyləncəyə, zərərli vərdişlərə və ya başqa qadına xərcləməsi boşanmaya təkan verir. Bəzən də övlad olmadığı üçün ailələr dağılır. Bir çox hallarda isə xarakterlər uyğun gəlmədiyi üçün cütlüklər ayrılmağa qərar verirlər. Boşanmanın səbəbləri hər ailəyə görə fərqli olur.

Boşanmaların əksəriyyəti üçün xəyanətin – kişinin həyatında ikinci qadının olmasını əsas şərt kimi deyə bilmərik. Çünki bəzən evli kişinin həyatında başqa bir qadın olsa da, heç kimin ondan xəbəri olmur. Yəni ikinci qadının mövcudluğu hər zaman boşanma səbəbi olmaya bilər. Gördüyünüz kimi səbəblər müxtəlifdir. Onu da əlavə edim ki, bəzi qadınlar həyat yoldaşlarının onlara xəyanət etməsinə belə göz yumurlar. Bu, ən çox o halda baş verir ki, qadın maddi cəhətdən tam təmin olunur. Amma firavan yaşayıb, xəyanəti əsla bağışlamayaraq boşanan qadınlar da var.

Hazırda kənar qadınlara görə olan boşanmaların sayı da getdikcə artmağa başlayıb. Sözsüz ki, burada sosial şəbəkələrin də rolu var. Çünki insanlar sosial şəbəkələr vasitəsilə hər kəslə rahat şəkildə əlaqə qura bilirlər. Orada daha asanlıqla “tora düşən”, əzilib-büzülən, naz edən edən qadınlara “heyran” olan, ailəsini heçə sayıb evi tərk edən “kişi”lər olduğu kimi, kimlərinsə yağlı vədlərinə inanıb, daha gözəl və rahat yaşamaq arzusu ilə ərinə xəyanət edən qadınlar da çoxdur. Müəyyən vaxt keçəndən sonra “mən nə etdim, niyə ailəmi dağıtdım?”– deyə peşiman olanlar da, təbii ki, olur. Amma nə fayda? Zərbə uşaqlara dəyir.

Son vaxtlar erkən nikahla bağlı apardığımız maarifləndirici layihələrlə əlaqədar bölgələrdə tez-tez oluruq. Erkən nikaha girən, rəsmi nikah qeydiyyatında olmayan, ailəsi dağılan çox sayda qadın, ana var ki, hətta həmin izdivacdan dünyaya gəlmiş övladlarına soyad belə ala blmirlər. Heç bir peşəyə sahib olmayan təhsilsiz xanımlar sonradan maddi ehtiyaclarını təmin etməkdən məhrum olurlar. Bu da cəmiyyətdə sosial problemli insanların artmasına gətirib çıxarır. Aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq hələ də erkən nikahlar bağlanır. Bu faktın özü belə bir problemin hazırda nə qədər aktual olduğunu göstərir.

Erkən nikahlarla bağlı adları müxtəlif olsa da “Erkən nikah–yarımçıq qalmış arzular”, “Zorla ərə verilmə, erkən nikah”, “Qadınların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu” adlı layihələrin rəhbəri olmuşam. Bir dəfə narkomaniya ilə bağlı layihə həyata keçirdiyimə baxmayaraq, erkən nikah mövzusu qəlbimə yaxın olduğu üçün bu istiqamətdə işləməyi daha çox düşünmüşəm. Çünki müəlliməm, yeniyetmələrlə işlədiyimdən onların tələblərini yaxşı bilirəm. Onlarla söhbətlərimdə müasir gəncliyin arzu və istəklərini, həyata baxışını daha yaxından anlamaga çalışıram. Bu mövzu ilə bağlı keçirdiyim layihələrin müsbət nəticəsi olduğundan “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması və aradan qaldırılması” mövzusuna müraciət etmişəm. İnşallah ki, növbəti layihəni də uğurla həyata keçirərik.

Sağlam dövlət üçün sağlam cəmiyyət, sağlam cəmiyyət üçün də sağlam ailələrin olması mütləqdir. İnsanlar ailə qurarkən ilk növbədə bu məsuliyyəti dərk edərək addım atmalıdır.

Hüquqşünas Ramil Süleymanov:

– Dözümsüzlük deyəndə nəyi nəzərdə tutursunuz, deyə bilmərəm. Amma ümumi şəkildə götürəndə, qadınların psixoloji vəziyyəti o qədər həssas mərhələyə keçib ki, onlar artıq nəticə etibarı ilə faktiki olaraq çevrəsində olan bir çox boşanmış qadınların çox “rahat”, “qayğısız” həyatını görürlər. Amma fikirləşmirlər ki, bu “qayğısız” həyatın kökündə nə yatır, onların hansı riskləri var. Düşünürlər ki, onlar da belə “qayğısız həyat” yaşaya bilərlər. Ona görə də, ailədə ilk problem yaranan anda çox rahat, davranışlarında heç gözləmədən qarşı tərəfin boşanma təklifinə razılıq, ya da özləri nikahı pozmağa qərar verirlər.

Azərbaycanın əksər bölgələrində, elə paytaxtın özündə də dəfələrlə erkən nikahların mövcudluğu barədə danışmışıq. Dövlət tərəfindən, o cümlədən hüquq-mühafizə orqanları, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin apardığı monitorinqlərə baxmayaraq, yenə də kütləvi informasiya vasitələrində yayımlanmış reportajlardan görürük ki, erkən nikahlar mövcuddur. İstər mətbuatda, istərsə də televiziya kanallarında mövzu ilə bağlı tənqidlər, ictimai qınaqlar da gedir. Buna baxmayaraq, ailələr tərəfindən müxtəlif vasitələrə əl atmaqla yenə erkən nikahlar bağlanır. Bununla bağlı istər QHT-lər, istər də dövlət qurumları tərəfindən maarifləndirmə, lazım gələndə dövlət qurumları tərəfindən tətbiq edilən sərt tədbirləri görürük. Görünür, bu da problemin həllinə yetmir. Yeganə yol qalır ki, o da cəza siyasətinin sərtləşdirilməsidir.

Azərbaycan Respublikasının Ailə məcəlləsində ailənin tərəflərin könüllü ittifaqı əsasında yaradıldığı ilə birgə ailəyə kənar müdaxilələrin olduğu da qeyd olunur. Lakin həmin müdaxilələri həyata keçirən şəxslər üçün hansı cəzaların verilməsi göstərilməyib. Qonşu ölkələrin təcrübələrindən biz bunu görürük ki, tərəflərdən birinin ailənin dağılmasına səbəb olan hərəkətləri, yaxud ailəyə yersiz müdaxilə edən şəxslərin inzibati və bəzi hallarda cinayət məsuliyyətinə cəlb olunması tədbirləri, cəzaları mövcuddur. Hesab edirəm ki, bu məsələ ilə bağlı qanunvericilikdə əlavə müzakirələr olmalı, həmin sərt maddələr qəbul edilməlidir.

Bölgələrdə bu məsələlərlə bağlı aparılan maarifləndirmə tədbirləri və dövlət tərəfindən buna diqqət artırılmalıdır. QHT-lərin maliyyələşməsi, həmin layihələrin həyata keçirilməsi üçün monitorinqlər yüksək səviyyədə aparılmalıdır. Çünki bir çox hallarda bəzi QHT-lərin özləri belə yayınırlar. O səbəbdən dövlət özü bunu nəzarətdə saxlamalıdır, onlardan gördükləri işin hesabatını tələb etməlidir. Maarifləndirmə işi yüksək səviyyədə aparılmalıdır.

Düşünürük ki, regionlardakı qadınların, o cümlədən təhsil müəssisələrindəki müəllim kontingentinin köməyi və iştirakı ilə hər bir evdə görüş keçirilməsi daha məqsədəuyğun olar. Məcburi əmək qurbanı olan, erkən nikaha cəlb olunan qadınları özlərinin razılığı ilə cəmiyyətə qınaqdan kənar təqdim edib digərlərinə örnək niyyətilə tanıtmaqla təqdimatlar keçirmək olar. Belə tədbirlərin problemi kökündən həll etməsə də, çütlüklərin müəyyən qədər maariflənməsinə, onların ailə bağlarının möhkəmlənməsinə və qadınların sağlam cəmiyyətə daha tez uyğunlaşmasına kömək edəcəyini düşünürük.

Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see234

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see233

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see222

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see218

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see205

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see199

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see198

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see197

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see195

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see193

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see190

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see188

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see181

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see179

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see175

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see172

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see169

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see161

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see153

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri