Bu yolda yaşıl işıqda keçənlər cərimələnir: Buna diqqət edin VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qayda pozduğu üçün məsuliyyətə cəlb edilən sürücü sosial şəbəkə hesabında paylaşım edib. Nəyə görə cərimələndiyini anlamayan sürücü qanunu bilən şəxslərdən izah istəyib. Avtosfer.az xəbər verir ki, protokol Masazır-Novxanı yolu ilə İlqar Abdullayev küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, İlqar Abdullayev küçəsilə hərəkət edən 10-RE-080 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü svetoforun əlavə bölməsi üzrə düzünə hərəkət edən zaman 3 bal 100 manat məbləğində cərimə olunub. Buna səbəb digər istiqamətdən gələn nəqliyyat vasitəsinə yol verməməsi olub.
"Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsində qeyd olunub ki, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Yəni, svetoforun əsas bölməsində qırmızı işıq yanırsa, əlavə bölmə üzrə hərəkət edən sürücü digər istiqamətdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Yol vermədiyi təqdirdə yolayrıcının keçilməsi qaydasını pozmuş hesab olunur.
Məsuliyyətə cəlb edilən sürücünün təqdim etdiyi görüntüdə digər istiqamətdən gələn nəqliyyat vasitəsinə yol vermədiyi aydın şəkildə əks olunub.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















