Icma.az
close
up
RU
Bu yolla Azərbaycandan milyonlarla dollar çıxır Deputat

Bu yolla Azərbaycandan milyonlarla dollar çıxır Deputat

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Büdcə layihəsinin ikinci oxunuşda müzakirəsindən istifadə edərək, diqqəti həm media resurslarının dövlət büdcəsindən dəstəklənməsi, həm informasiya təhlükəsizliyi, həm də reklam bazarı ilə bağlı bir neçə məqama yönəltmək istəyirəm”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.

“Müasir informasiya mühitində televiziya və radio cəmiyyətin ən etibarlı informasiya mənbələri olaraq qalır. Lakin son illər bu sahənin iqtisadi dayanıqlığı müəyyən sınaq qarşısındadır. Xüsusilə reklam bazarındakı qeyri-bərabər rəqabət TV və radio sektoru üçün müəyyən çətinliklər yaradır. Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də TikTok, Meta, Google və digər qlobal resursların Azərbaycan TV və radiolarının reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır.

Nəticədə yerli TV və radioların gəlirləri azalır, çünki reklam büdcələri həmin rəqəmsal platformalar üzərindən xaricə gedir. Xərclər artır, ona görə ki, TV və radio virtual yox, real infrastrukturdur. Belə davam etdiyi halda, TV və radioların maliyyə çətinlikləri bir neçə ildən sonra kəskinləşə və yerli informasiya məkanının qorunması üçün dövlətin dəstəyinə ciddi ehtiyac duyula bilər. Bu isə həm də informasiya təhlükəsizliyi, yerli informasiya məkanının qorunması problemidir.

Qeyd edim ki, hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla dollar vəsait çıxır. Bunun qarşılığında isə həmin platformalar Azərbaycan büdcəsinə vergi ödəmir, yerli lisenziya almır, yerli işçi çalışdırmır, yerli kontent istehsal etmir, amma reklam gəlirlərinin böyük hissəsinə sahiblənirlər.

Peşəkar media ölkəmizin sərhədləri çərçivəsində real iqtisadi yük və öhdəlik daşıyır. Xarici rəqəmsal platformaların isə belə bir yükü və öhdəliyi yoxdur. TV və radioların əməkhaqqı fondu, elektrik enerjisi, texniki yayım, studiya və avadanlıq xərcləri realdır. Rəqəmsalda isə bu xərclərin əhəmiyyətli hissəsi tələb olunmur. Bu isə, mahiyyət etibarilə ədalətli rəqabət deyil.

Qənaətimə görə, dövlət qurumlarının reklam büdcəsinin müəyyən hissəsi yerli mediaya yönəldilsə, daha doğru olar.

Bununla yanaşı, düşünürəm ki, əgər media resurslarının bir hissəsinə vergi güzəştləri tətbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri