Icma.az
close
up
RU
Bu yolla varlana bilərsiniz Deputatdan maraqlı məsləhətlər

Bu yolla varlana bilərsiniz Deputatdan maraqlı məsləhətlər

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Müasir dünya sürətlə dəyişir. O qədər sürətlə ki, biz bəzən bu dəyişikliklərə çata bilmirik. Məsələ, təkcə dördüncü sənaye inqilabında, iqlim dəyişikliklərində deyil, həm də dünyada baş verən gözlənilməz epidemiyalarda, müharibələrdə və buna bənzər "sürpriz"lərdədir. Çox vaxt müxtəlif hadisələrdə təlimat və məsləhətlərə ehtiyacımız olur.

Ən vacib suallardan biri belə səslənir: necə varlanmaq olar?

Bakupost.az xəbər verir ki, cavab üçün Oxu.Az Milli Məclisin deputatı, iqtisad elmləri namizədi Vüqar Bayramova müraciət edib.

O, vətəndaşlarımız üçün aktual olan məsləhətlər verdi.

V.Bayramov deyir ki, kapitalı artırmaq üçün ilk növbədə onun qorunmasına diqqət yetirmək lazımdır. Və əlbəttə ki, investisiya etmək.

Deputatın sözlərinə görə, indi bunu kiçik və ya orta biznesdə etmək daha yaxşıdır, çünki məhz bu sahə daha çox gəlir gətirir:

"İndiki zamanda onlayn xidmətlərə və innovativ məhsullara tələbat yüksəkdir və bunun üçün böyük büdcə tələb olunmur. Ona görə də əgər vətəndaşlar sahibkarlıqla məşğul olmağı planlaşdırırlarsa, mən məhz onlayn biznesi nəzərdən keçirməyi məsləhət görərdim".

Həmsöhbətimiz böyük məbləğdə pulu evdə saxlamamağı məsləhət görür. Çünki bu halda pul gəlir gətirmir və sadəcə, oğurlana bilər. Buna görə də pulu bankda saxlamaq daha yaxşıdır.

V.Bayramov vurğulayır ki, bu zaman bir neçə vacib məqamı nəzərə almaq lazımdır:

"Birincisi, bankda yalnız 100 000 manata qədər məbləğ sığortalana bildiyindən bu məbləği keçməmək məsləhətlidir. Əgər 100 000 manatdan çox pulunuz varsa, onu müxtəlif banklarda saxlamaq lazımdır. Ya da bir bankda ailə üzvlərinin adlarından istifadə etməklə bir neçə hesaba bölmək olar.

İkincisi, depozit üzrə faiz dərəcələri 12%-dən az olmalıdır, çünki daha yüksək faiz sığortalanmır.

Məbləğ kiçik ola bilər, amma o sığortalanacaq. Və əgər bank müflis olarsa, pulunuz sizə tam məbləğdə ödəniləcək".

Xarici valyutada pul saxlamaqdan danışarkən parlamentari qeyd edib ki, bu halda faiz dərəcələri daha aşağıdır. Buna görə V.Bayramov pulu manatla saxlamağı məsləhət görür.

"Dollarla pul saxlamaq məzənnə dəyişikliklərindən sığortalayır. Pulun bir hissəsini dollarla, bir hissəsini manatla saxlamaq olar", - deyə o əlavə edib.

Vətəndaşların qızıla investisiya etməyə marağını şərh edən deputat zərgərlik məmulatlarına deyil, külçələrə pul yatırmağı məsləhət görüb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri