Icma.az
close
up
RU
Deputatdan maraqlı məsləhətlər Bu yolla varlana bilərsiniz

Deputatdan maraqlı məsləhətlər Bu yolla varlana bilərsiniz

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir dünya sürətlə dəyişir. O qədər sürətlə ki, biz bəzən bu dəyişikliklərə çata bilmirik. Məsələ, təkcə dördüncü sənaye inqilabında, iqlim dəyişikliklərində deyil, həm də dünyada baş verən gözlənilməz epidemiyalarda, müharibələrdə və buna bənzər "sürpriz"lərdədir. Çox vaxt müxtəlif hadisələrdə təlimat və məsləhətlərə ehtiyacımız olur. Ən vacib suallardan biri belə səslənir: necə varlanmaq olar?

Axar.az xəbər verir ki, cavab üçün Oxu.az Milli Məclisin deputatı, iqtisad elmləri namizədi Vüqar Bayramova müraciət edib.

O, vətəndaşlarımız üçün aktual olan məsləhətlər verdi.

V.Bayramov deyir ki, kapitalı artırmaq üçün ilk növbədə onun qorunmasına diqqət yetirmək lazımdır. Və əlbəttə ki, investisiya etmək.

Deputatın sözlərinə görə, indi bunu kiçik və ya orta biznesdə etmək daha yaxşıdır, çünki məhz bu sahə daha çox gəlir gətirir:

"İndiki zamanda onlayn xidmətlərə və innovativ məhsullara tələbat yüksəkdir və bunun üçün böyük büdcə tələb olunmur. Ona görə də əgər vətəndaşlar sahibkarlıqla məşğul olmağı planlaşdırırlarsa, mən məhz onlayn biznesi nəzərdən keçirməyi məsləhət görərdim".

Həmsöhbətimiz böyük məbləğdə pulu evdə saxlamamağı məsləhət görür. Çünki bu halda pul gəlir gətirmir və sadəcə, oğurlana bilər. Buna görə də pulu bankda saxlamaq daha yaxşıdır.

V.Bayramov vurğulayır ki, bu zaman bir neçə vacib məqamı nəzərə almaq lazımdır:

"Birincisi, bankda yalnız 100 000 manata qədər məbləğ sığortalana bildiyindən bu məbləği keçməmək məsləhətlidir. Əgər 100 000 manatdan çox pulunuz varsa, onu müxtəlif banklarda saxlamaq lazımdır. Ya da bir bankda ailə üzvlərinin adlarından istifadə etməklə bir neçə hesaba bölmək olar.

İkincisi, depozit üzrə faiz dərəcələri 12%-dən az olmalıdır, çünki daha yüksək faiz sığortalanmır.

Məbləğ kiçik ola bilər, amma o sığortalanacaq. Və əgər bank müflis olarsa, pulunuz sizə tam məbləğdə ödəniləcək".

Xarici valyutada pul saxlamaqdan danışarkən parlamentari qeyd edib ki, bu halda faiz dərəcələri daha aşağıdır. Buna görə V.Bayramov pulu manatla saxlamağı məsləhət görür.

"Dollarla pul saxlamaq məzənnə dəyişikliklərindən sığortalayır. Pulun bir hissəsini dollarla, bir hissəsini manatla saxlamaq olar", - deyə o əlavə edib.

Vətəndaşların qızıla investisiya etməyə marağını şərh edən deputat zərgərlik məmulatlarına deyil, külçələrə pul yatırmağı məsləhət görüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyun 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri