Icma.az
close
up
RU
Bu zərərli içkilər məktəblərə də ayaq açıb Xəbərdarlıq

Bu zərərli içkilər məktəblərə də ayaq açıb Xəbərdarlıq

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Gənclər arasında artan qəfil ölümlərin bir səbəbi də enerji içkiləri ola bilər, çünki…; həkim əhalini bu məhsullardan uzaq olmağa çağırdı
“Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Modern.az-a qida təhlükəsizliyi hərəkatının üzvü Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu gün məktəb və universitet kənarlarında enerji içkilərinin azyaşlılara satıldığını görə bilərik.

“Nəticədə görürük ki, bu içkilərin satışında müştərinin yaşı nəzərə alınmır. Məhsulların zərərləri tərkibindəki maddələrlə bağlıdır. Yüksək miqdarda kofein, şəkər və digər kimyəvi maddələrin olması insan orqanizmi üçün zərərlidir. Bəzən bu maddələri vitamin adı altında məhsul üzərinə yazırlar. Sintetik maddələrdən ibarət olduqları üçün insan orqanizmi zərərli hesab olunur”,- M.Hüseynova həyəcan təbili çalıb.

Mütəxəssis xəbərdar edib ki, bu içkiləri daimi qəbul etmək ürək-damar xəstəlikləri, şəkərli diabet riskini artırır: “Tərkibində olan kofein yorğunluğu azaltsa da, artıq qəbul etmək yuxusuzluq, iştahsızlıq, narahatlılıq yaradır. Jenşen bitkisi immun sisteminin güclənməsinə şərait yaratsa da, enerji içkisinin tərkibində olduqda öz funksiyasını itirir”.

Onun sözlərinə görə, 20-25 yaşlı gənclər bu içkilərdən uzaq dursalar yaxşı olar: “Bu, tükənmişlik enerjisini artırır. Həmçinin reproduktiv sağlamlığa zərərdir. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, enerji içkiləri hər gün içilməməlidir. Üstəlik, bu içkilərin çoxu sadəcə ”enerji” adı altında satılır”.

Qeyd edək ki, hazırda “Full”, “Berg”, “Hell”, “Red Bull” və müxtəlif adlarda enerji içkiləri satışdadır.

Bu aludəçiliyi necə azaltmaq olar? Qadağa nəticə verərmi?

Həkimlərin və tibb ekspertlərinin enerji içkiləri ilə bağlı mövqeyi ümumilikdə ehtiyatlı və tənqidi xarakter daşıyır. Onlar bu içkilərin tərkibindəki stimullaşdırıcı maddələrin – xüsusilə kofein və şəkərin – orqanizmə qısa müddətdə enerji versə də, uzunmüddətli və ya nəzarətsiz istifadəsinin ciddi sağlamlıq fəsadlarına yol aça biləcəyini bildirirlər.

Kardioloqlar xəbərdarlıq edirlər ki, enerji içkiləri ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldə bilər və bəzi insanlarda ürək ritm pozğunluqlarına səbəb ola bilər. Bu, xüsusilə əvvəldən ürək-damar problemi olan şəxslər üçün təhlükəlidir. Gənc və sağlam insanlarda belə qəfil ürək dayanması halları qeydə alınıb, xüsusilə fiziki gərginlik zamanı və ya alkoqolla birlikdə istifadə olunduqda.

Nevropatoloqlar və psixiatrlara görə, enerji içkiləri beynin fəaliyyəti üzərində güclü təsir göstərir. Davamlı istifadəsi yuxu pozğunluqlarına, əsəbilik, panik atak, depressiya və asılılıq simptomlarına səbəb ola bilər. Onlar həmçinin uşaqlar və yeniyetmələrin sinir sistemi hələ tam inkişaf etmədiyi üçün bu içkilərin onlarda daha güclü və zərərli təsir göstərə biləcəyini vurğulayırlar.

Endokrinoloqlar və diyetoloqlar enerji içkilərinin yüksək şəkər tərkibinə diqqət çəkirlər. Onlar bildirirlər ki, bu içkilərin tez-tez qəbulu piylənmə, insulin müqaviməti və 2-ci tip şəkərli diabet riskini artırır. Süni şirinləşdiricilərdən istifadə edilən “şəkərsiz” versiyalar da maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.

Pediatrlar bu içkilərin uşaqlara ümumiyyətlə verilməməsini tövsiyə edirlər. Onların fikrincə, enerji içkiləri uşaqlarda hiperaktivlik, diqqət dağınıqlığı, yuxusuzluq və davranış pozuntularına səbəb ola bilər. Həmçinin, erkən yaşlardan belə məhsullara öyrəşmək gələcəkdə kofein və şəkər asılılığının əsasını qoya bilər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq səhiyyə qurumları da enerji içkilərinin tərkibi və istifadəsinə nəzarətin gücləndirilməsini tövsiyə edir, xüsusilə gənclərin qorunması üçün yaş məhdudiyyətlərinin tətbiqini və reklamların məhdudlaşdırılmasını dəstəkləyirlər.

Həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Əslində, energetik içkilər bütün yaşlarda ziyandır. 18 yaşdan aşağı olanlara isə ümumiyyətlə vermək olmaz. Amma telekanallar fasiləsiz reklam edirlər. İnsanlarda belə bir stereotip formalaşıb, həkim nə deyir ona məhəl qoyan yoxdur. Əsas sosial şəbəkələr və telekanalların sosial verilişlərində nə deyilirsə, odur. Energetik içkilərin tərkibində normadan artıq kofein, şəkər var, onlar böyüyən orqanizm üçün ziyandır, qətiyyən olmaz. Energetik içkilərin verdiyi dırnaqarası enerji əslində orqanizmi zəiflədir. Orqanizm öz-özünü yeyir, bitirir – belə bir ifadə də var. Əvvəlcə xoş əhval-ruhiyyə yaradır. Amma təkrar qəbul edəndə əsəb sisteminə, ürək-damar sisteminə zərər verir. Bu barədə dəfələrlə kardioloqlar da açıqlama verib, energetik içkilər ürəyə ziyandır. Amma kardioloqa qulaq asan var?! Adını tanınmış qoyduqları müğənniləri bu reklam çarxlarına dəvət edirlər. Cəmiyyətdə hörməti olan idmançılar belə energetik içkiləri reklam edir. Ortada kifayət qədər pullar var. Qazanan, qazanır, amma əziyyət çəkən övladlarımızdır”.

V.Qarayevin sözlərinə görə, təbabət, səhiyyə, həkim bu pulların qarşısında acizdir: “Mən də görürəm, marketlərdə uşaqlar energetik içki alırlar. Ümumiyyətlə, qazlı, rəngli içkilər də uşaq orqanizminə ziyandır. Həmin rəngli içkiləri adi salfet üzərindən süzgəcdən keçirmiş kimi edin, görün orada necə çöküntülər qalır. Bu, süzgəcdə qalırsa, eynilə uşaq orqanizmində də qalır. Bu, dövrümüzün bəlasıdır”.

Pediatr “fast-food”ların zərərindən də danışıb: “Elə ölkələr var ki, ”fast-food” məmulatlarının istehsalı qadağandır. O cür iaşə müəssisələrini bağlayıblar. Amma bizdə hər yerdə var. Kartof qızartmasını hamı bişirə bilir. Bunu evdə bişirin də. Kartof sözünün sonuna “free” əlavə edəndə  nə olur. Bunu hansı yağda bişirirlərsə, uşaq orqanizmi üçün kökündən ziyandır. Bilirsiniz, bunun haqda çox danışmışıq, amma eşidən yoxdur”.

Qeyd edək ki, mütəxəssislərə görə enerji içkilərinin alkoqolla birlikdə istifadəsi də çox risklidir. Alkoqolun yuxululuq və sakitləşdirici təsiri kofeinlə örtüldüyü üçün insan öz sərxoşluğunu hiss etmir və bu da daha çox alkoqol qəbuluna, nəticədə zəhərlənməyə və ya riskli davranışlara yol aça bilər. Bu cür qarışıqlar dünyada bir çox ölkədə qadağan edilib.

Müntəzəm enerji içkisi istifadəsi orqanizmin bu maddələrə asılı hala düşməsinə səbəb ola bilər. Asılılıq nəticəsində bədən daha çox kofein və stimullaşdırıcı tələb edir ki, bu da uzunmüddətli nevroloji və psixoloji pozuntulara yol aça bilər. Əlavə olaraq, bu içkilər fiziki enerjini süni şəkildə artırdığından, real istirahət və bərpa ehtiyacını basqılayır və bədən yorğunluğunu vaxtında hiss etmədiyi üçün daha dərin tükənmə sindromlarına gətirib çıxara bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 May 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri