Icma.az
close
up
RU
Budapeşt Zirvə görüşü türk dünyasında inteqrasiya proseslərinə təkan verir ŞƏRH

Budapeşt Zirvə görüşü türk dünyasında inteqrasiya proseslərinə təkan verir ŞƏRH

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 21 may 2025-ci ildə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü yerli və xarici mıtbuatda geniş şəkildə şərh olunmaqdadır. Dövlət başçılarının Zirvə görüşünün ilk dəfə olaraq türk coğrafiyasından kənarda – Avropada baş tutması xüsusilə diqqət cəlb edir. TDT-nın Avropa təmsilçiliyi Azərbaycanın strateji tərəfdaşı olan Macarıstanda yerləşir və müşahidəçi üzv olmasına baxmayaraq Macarıstan türk dünyasında gedən inteqrasiya proseslərinə öz töhfələrini verməyə hazır olduğunu daim nümayiş etdirir. Zirvə görüşündə çıxış edən Azərbaycan lideri İlham Əliyev Macarıstan lideri Viktor Orbanı dost ölkənin əldə etdiyi nailiyyətlərə görə təbrik edib.

Zirvə görüşü qeyri-rəsmi xarakter daşısa da müzakirə olunan məsələlərin çoxluğu, məzmunu və əhəmiyyəti baxımından kifayət qədər zəngin oldu. Zirvə görüşünün sonunda qəbul olunmuş Birgə Yekun Bəyannaməsində 71 bəndin yer alması da bir daha bu zənginlikdən xəbər verir.

Müzakirə olunmuş məsələlərin mahiyyətinə vardıqda isə son 30 il ərzində türk dünyası miqyasında aparılan inteqrasiya proseslərinin nəticəsi olaraq yaranmış mövcud mənzərə daha aydın görünür.

Dövlət başçılarının çıxışlarında və TDT funksionerlərinin açıqlamalarında səsləndirilmiş məlumatlardan aydın olur ki, türk dövlətləri arasında ticari-iqtisadi və mədəni-humanitar əlaqələr bir çox istiqamətlərdə uğurla inkişaf etməkdədir. Son illərdə türk dövlətləri arasında ticarət həcminin toplam ÜDM-in 3%-dən 7%-ə qədər artdığını bildirən dövlət başçıları bu rəqəmin yaxın gələcəkdə 10%-ə çatdırılmasını hədəflədiklərini bildirdilər. Zirvə görüşündə hazırda türk dövlətləri arasında 35 müxtəlif fəaliyyət sahələrində qarşılıqlı əməkdaşlığın aparıldığı açıqlandı. Türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıran əməkdaşlıq sahələri arasında nəqliyyat – logistika, enerji istehsalı və ötürülməsi, yaşıl energetika, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, hərbi-texniki əməkdaşlıq, kibertəhlükəsizlik və eləcə də kosmik araşdırmalar sahəsində qarşılıqlı əməkdaşlığın vacibliyi xüsusilə vurğulandı.

Türk dövlətləri arasında qarşılıqlı əməkldaşlığın genişləndirilməsi, tezliklə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması və ortaq türk kimliyinin təsis edilməsi kimi məsələlər geniş türk coğrafiyasında inteqrasiya proseslərini stimaullaşdıran addımlar kimi xüsusilə diqqətəlayiqdir.

Türk Dövlətləri Başçılarının rəsmi Zirvə görüşü bu il ölkəmizdə keçiriləcək. Azərbaycanda keçiriləcək növbəti rəsmi Zirvə görüşünün Budapeştdə müzakirə olunmuş məsələlər üzrə rəsmi qərarların qəbul olunması və ardınca praktiki addımların atılması üçün mühüm başlanğıc mərhələsi olacağına şübhə yoxdur. Budapeşt Zirvə görüşündə qəbul olunmuş Yekun Bəyannamə bünün üçün kifayət qədər etibarlı zəmin yaradır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 May 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri