Budapeşt macarların hüquqlarına hörmət etmədən Kiyevin Aİ üzvlüyünə dəstək verməkdən imtina etdi
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kiyev öz ölkəsindəki macar azlığının hüquqlarının qayğısına qalmayana qədər Budapeşt Ukraynanın Avropa Birliyinə (Aİ) qoşulmasını dəstəkləməyəcək.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto gürcü həmkarı Mako Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Macar milli icmasının hüquqları 2015-ci ildəki səviyyəyə qaytarılmayana qədər, Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində heç bir irəliləyiş təsəvvür edilə bilməz" deyə o, Facebook səhifəsində yayımlanan tədbirdə çıxış zamanı bildirib.
Nazir qeyd edib ki, son 10 ildə Aİ və Ukrayna azlıqlara hörmətlə bağlı davamlı söhbətlərə baxmayaraq, Transkarpat macarları üçün heç nə etməyib.
Mövsüm
Aznews.az

Moskva Kiyevin Avropa İttifaqına üzvlüyünə razı oldu
18 Fevral 2025 14:48
Macarıstan Ukraynanın Aİ yə üzvlüyünə səs verməkdən imtina edib
23 Yanvar 2025 20:43
Vuçiç: Serbiya Aİ üzvlüyünə sadiq qalacaq
26 Mart 2025 02:13
Sorğu: Ukraynanın Aİ və NATO ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir
06 Fevral 2025 15:28
İrəvanın Aİ üzvlüyünə dair layihə parlamentin gündəliyində
24 Mart 2025 13:07
