Icma.az
close
up
RU
Budapeştdə Anım Günü: Qərbi Azərbaycan müzakirə edildi

Budapeştdə Anım Günü: Qərbi Azərbaycan müzakirə edildi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Budapeştdə yerləşən Azərbaycan Evində “Zəngəzur dəhlizinin Azərbaycan–Macarıstan strateji əməkdaşlığının inkişafında rolu” mövzusu ətrafında müzakirələr aparılıb.

Modern.az xəbər verir ki, toplantının əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri xanım Sevda Fərəcova “Azərbaycan–Macarıstan münasibətləri: çoxölçülü strateji tərəfdaşlıq və Zəngəzur sülh dəhlizinin yaratdığı yeni siyasi reallıq Avropada” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfəri, həmin səfər zamanı əldə olunan razılaşmalar da bunun bariz nümunəsidir. Azərbaycanın strateji tərəfdaşı olan Macarıstanla əməkdaşlıq əlaqələrini çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı inkişaf etdirir.

Çıxış zamanı bu ilin avqustunda Vaşinqtonda Azərbaycanın prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan müqavilədən bəhs edilib. Qeyd olunub ki, bu razılaşma təkcə iki ölkə üçün deyil, ümumilikdə bütün region üçün siyasi stabillik, təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə TRIPP dəhlizinin açılması Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasətinə uyğun olaraq region ölkələri ilə iqtisadi inteqrasiyanı gücləndirəcək. Bu layihə Mərkəzi Avropada yerləşən Macarıstanın tranzit və logistika qovşağına çevrilməsinə şərait yarada bilər. İxrac və idxal imkanlarının genişlənməsi nəticəsində Macarıstan biznesi üçün yeni bazarlar açılacaq. 

Budapeştdəki Azərbaycan Evinin rəhbəri cənab İbrahim Səfərli “Azərbaycanın Macarıstanla münasibətlərinin inkişafında diasporun rolu” mövzusunda çıxış edərək Macarıstanda yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliğində və iki ölkə arasında əlaqələrin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. Çıxış zamanı 27 Sentyabr tarixinin Azərbaycanda Anım günü kimi qeyd olunduğu vurğulanıb, bu tarixin Azərbaycan üçün Zəfərlə bitən savaş tarixinin önəmli səhifəsi kimi qiymətləndirilib.  

Tədbirdə həmçinin Tərəfsiz Jurnalistlər İctimai Birliyinin təmsilçisi Tuncay Eyvazlı “Qərbi Azərbaycanın tarixi və mədəni irsinin xarici mediada tanıdılması” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana qayıdış xarici mediada” layihəsini icra edir. Layihə çərçivəsində mövzu ilə bağlı yerli televiziyalarda verilişlər hazırlanıb, xarici ölkələrin media orqanlarında silsilə yazılar dərc edilib. 

Daha sonra toplantı iştirakçılarına dünyanın siyasi gündəmində olan Zəngəzur və Qərbi Azərbaycan haqqında ətraflı məlumat verilib, bu bölgənin tarixi, coğrafi ərazisi, əhalisi, mədəniyyəti, memarlıq abidələri, mətbəx və ənənələri kimi maraqlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Tədbirin yekununda bölgəyə həsr edilmiş fotosərgiyə baxış keçirilib. Əsasən əcnəbi tələbələr və Macarıstanda yaşayan digər xalqların nümayəndələrindən ibarət olan tədbir iştirakçıları bu bölgənin zəngin tarixi-mədəni irsini əks etdirən fotolarla yaxından tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Sentyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri