Budapeştdə keçirilən beynəlxalq tədbirdə Qərbi Azərbaycan məsələsinin tarixi barədə məlumat verilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 11 iyun, AZƏRTAC
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov iyunun 10-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş “Qafqazın açarı: Geosiyasət və Azərbaycanın humanitar gündəliyi” mövzusunda konfransda iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Q.Məmmədov Qərbi Azərbaycan məsələsinin tarixi, miqyası, Qərbi Azərbaycan İcmasının sülh yolu ilə qayıdış məqsədilə beynəlxalq hüquq çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat verib.
Konfransda, həmçinin bildirilib ki, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıdışına əngəl törədən mina problemi və Qərbi Azərbaycan məsələsinin birlikdə təqdim edilməsi Ermənistan tərəfindən işğal, dağıntı və etnik təmizləmə ilə müşayiət olunmuş keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrinin işıqlandırılması baxımından faydalı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 11 İyun 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















