Icma.az
close
up
RU
Azərbaycan Ordusunda Anım Günü mərasimləri

Azərbaycan Ordusunda Anım Günü mərasimləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

27 Sentyabr Anım Günü ilə bağlı Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, anım mərasimlərində xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Toplantılarda çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, eləcə də yaralanaraq sağlamlığını itirən soydaşlarımızın Vətənə şərəfli xidmətlərindən qürurla bəhs ediblər.

Tariximizə qızıl hərflərlə yazılmış şanlı Zəfərin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi birliyi və fədakarlığı, eləcə də qəhrəman oğullarımızın nümayiş etdirdiyi igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb. Mərasimlərdə Vətən müharibəsi, eləcə də postmüharibə dövründə ordumuz tərəfindən həyata keçirilmiş digər uğurlu əməliyyatların regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi qeyd edilib.

Silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, şəhid ailələrini ziyarət edib, şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.

Şəxsi heyət üçün təşkil edilmiş hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlərdə döyüş iştirakçıları xatirələrini bölüşüb, Vətən müharibəsi haqqında sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçuların təşəbbüsü ilə ağacəkmə aksiyaları həyata keçirilib.

Qeyd edək ki, eyni zamanda, Anım Günü ilə əlaqədar 27 sentyabr saat 12:00-da Azərbaycan Ordusunun bütün şəxsi heyəti tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri