Icma.az
close
up
RU
Beynəlxalq İqlim Fəaliyyəti İnstitutunun prezidentinə Qərbi Azərbaycan irsi barədə məlumat verilib

Beynəlxalq İqlim Fəaliyyəti İnstitutunun prezidentinə Qərbi Azərbaycan irsi barədə məlumat verilib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Xorvatiyadan ölkəmizə səfər edən Beynəlxalq İqlim Fəaliyyəti İnstitutunun (IICA) prezidenti Mariya Puyo-Tadiçi ilə görüşüb. Görüş İcma tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda təşkil olunan III Beynəlxalq Konfrans çərçivəsində keçirilib.

525.az-a bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Görüşdə Ə.Ələkbərli konfransın mahiyyəti barədə danışıb, dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Qeyd edib ki, Qərbi Azərbaycanla bağlı beynəlxalq arenada mütəmadi tədbirlər keçirilir, Brüssel, Almaniya və İspaniyada təşkil olunan tədbirlər geniş rezonans doğurub.

İcmanın yaranma tarixindən danışan sədr qeyd edib ki, Qarabağ münaqişəsi başlayanda 300 minə yaxın azərbaycanlı Ermənistandan zorla çıxarılıb, azərbaycanlılara məxsus mədəni irs dağıdılıb. Ermənilərin bu ərazilərə köçürülməsi isə son 200 ildə, son olaraq isə 1946–1947-ci illərdə həyata keçirilib. Artıq müharibə bitib və proses sülh sazişinə doğru gedir, Qərbi azərbaycanlıların tələbi isə sadədir – öz yurdlarına qayıtmaq. Lakin Ermənistan rəhbərliyi bunu hələ də gündəmə gətirmir, azərbaycanlıların qayıdışına imkan yaradılmır. Qarşılıqlı gediş-gəliş təmin edilməsə, davamlı sülhdən də danışmaq mümkün olmayacaq.

O, həmçinin qonağa Ermənistanda dağıdılmış azərbaycanlı qəbiristanlıqlarına dair nəşri təqdim edib və doğulduğu kənddə vandalizmə məruz qalmış məzarlığı göstərib.

M.Puyo-Tadiçi beynəlxalq dəstək mexanizmlərinin işi ilə maraqlanıb. Ə. Ələkbərli cavabında bildirib ki, son iki ildə Qərbi Azərbaycan İcmasının 11 sənədi BMT tərəfindən rəsmi sənəd kimi qəbul edilib.

Mübarizənin beynəlxalq hüquq çərçivəsində aparılmasının çox vacib olduğunu deyən qonaq Xorvatiyanın da bir vaxtlar işğal edildiyini və buna görə müəyyən məqamları daha yaxşı anladığını qeyd edib. Bildirib ki, Xorvatiyada Azərbaycan həmişə dost və tərəfdaş ölkə kimi qəbul olunur. O, həmçinin COP29 çərçivəsində Azərbaycan barədə daha geniş məlumat əldə etdiyini və Qarabağda aparılan bərpa və dirçəliş işlərinin onu heyran etdiyini söyləyib.

Görüşün sonunda xanım Mariya Puyo-Tadiçi Qərbi Azərbaycan Televiziyasına müsahibə verərək səfər və konfransla bağlı təəssüratlarını bölüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri