Icma.az
close
up
RU
Büdcədən Naxçıvana ayrılan dotasiya 35 milyon azaldıldı Deputat iki səbəbi göstərir AzPolitika onlayn siyasiictimai qəzet

Büdcədən Naxçıvana ayrılan dotasiya 35 milyon azaldıldı Deputat iki səbəbi göstərir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə təsdiq olundu. Büdcə layihəsinin ilkin versiyasında gələn il büdcə xərclərinin 320,5 milyon manatının və yaxud 0,8 faizinin Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşməsi nəzərdə tutulub. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 faiz azdır. Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 343,3 milyon manatı və yaxud 0,9 faizi Naxçıvan büdcəsinə verilən dotasiya kimi nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 24,2 faiz azdır.

Büdcə layihəsinin yekun sənədində isə dotasiya 34 milyon 816 min manat azaldılaraq 285 milyon 713 min manat nəzərdə tutuldu.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, son sənəddə dövlət büdcəsindən Naxçıvana ödəniləcək dotasiyanın məbləğinin azaldılması iki səbəb ilə bağlıdır:

“Naxçıvanda energetika və su ehtiyatları qurumlarının funksiyalarının mərkəzə ötürülməsi və ikinci istiqamət üzrə dotasiyanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunmasının nəzərdə tutulması.

Bütövlükdə isə son illər dövlət büdcəsindən Naxçıvana dotasiya məbləğinin azaldılması bu bölgəmizdə aparılan struktur islahatları və daxili maliyyə mənbələrinin genişlənməsi ilə bağlıdır. Eyni zamanda vəsaitlərin xərclənməsində səmərəliyin və şəffaflığın gücləndirməsi də dövlət büdcəsindən dotasiyaya tələbini azaldır. O baxımdan bir tərəfdən Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, digər tərəfdən dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib. Bu son illər vəsaitlərdən istifadədə səmərəliliyin artması nəticəsində dotasiyaya tələbin azalmasında özünü göstərir”.

İqtisadçı hesab edir ki, bu baxımdan, Muxtar Respublikanın iqtisadiyyatı daha da gücləndikcə dövlət büdcəsindən ödənilən dotasiyaların məbləğlərində azalmalar davam edəcək.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri