Icma.az
close
up
RU
Büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın Deputat

Büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın Deputat

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq Hesablama Palatası tərəfindən həyata keçirilən auditlərin sayının xüsusi dəyişiklik yoxdur. Belə ki, 2022-ci ildə palata tərəfindən 42 audit keçirildiyi halda 2024-cü ildə də eyni zamanda audit aparılıb. Halbuki dövlət büdcəsinin xərcləri 2022-ci ildə 32 milyard 64 milyon manat olsa da, 2024-cü ildə bu rəqəm 39 milyard 742 milyon manatadək yüksəlib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, auditlərin əhatə etdiyi fiskal dövriyyədə də xüsusi dəyişiklik baş verməyib: "Bu baxımdan, palata tərəfindən audit müddətinin,seçim meyarlarının ayrıca da təqdim olunması məqsədəuyğundur. 2024-cü ildə 6 səmərəlilik (performance) auditi keçirilib və onların yarısında qənaətlilik meyarından istifadə edilməyib. Bildiyimiz kimi, İNTOSAİ performance auditinə 3Es (economy, efficiency and effectiveness) prinsipi ilə yanaşır və bu baxımdan nə üçün sayı heç də çox olmayan səmərəlilik auditlərin bütün meyarların tətbiq edilməməsi sual doğurur. Səmərəlilik auditin ümumi auditdə payı cəmi 14.3 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faizdir. Səmərlilik auditin sayının az olması nəzarət mexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir. İNTOSAİ-ın əsas tövsiyyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır. Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur. Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər".

Deputat qeyd edib ki, hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574.9 milyon manatlıq pozuntu aşkar edilib və büdcəyə 113.3 milyon manat zərər dəyib:

"Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin. Eyni zamanda, sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur. Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısı hazırlanması da həyata keçirilməsi tövsiyyə olunandır. Hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yəni, 76.0 faizi uyğunluq auditidir. Cəmi 4 maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətin əhatə dairəsinə təsirsiz ötüşmür. Pozuntuların 35 faizinin mənfəət vergisini əhatə etməsi xərclərin şişirdilməsi yolu ilə mənfəətin azaldılmasından xəbər verir. 2024-cü ildə keçirilən 42 auditin 34-də, yəni, 80 faizindən çoxunda büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkar edilib. Bu kifayət qədər ciddi rəqəmdir və maliyyə intizamının daha da möhkəmləndirilməsi prioritetləşdirir. Dövlət satınalmaları üzrə pozuntuların bölgüsündə hesabata əsasən, 57 faizi satınalma keçirilmədən müqavilələrin bağlanmasıdır. Bu əslində o deməkdir ki, hər hansı tender və ya dövlət satınalması olmadan fərdi qərarlar ilə müqavilələr bağlanıb və dövlət vəsaiti istifadə edilib".

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri