Icma.az
close
up
RU
Bugün tutulan oruc Ramazan ayına aid deyil Din xadimi

Bugün tutulan oruc Ramazan ayına aid deyil Din xadimi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Sabah Azərbaycanda Ramazanın birinci günüdür. Bu barədə Qafqaz Müsəlmanlarının verdiyi fətvada bildirilir. Lakin bəzi ölkələrdə - Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, İraq, Küveyt, Livan, Fələstin və Yəməndə Ramazan orucuna məhz bu gün başlanılıb. Bu ölkələr hilalın görünməsinə əsasən 18 fevralı Ramazan ayının ilk gününü elan ediblər. 

Azərbaycanda da bir qism insanlar Qafqaz Müsəlmanları İdarəsinin verdiyi rəsmi fətvaya baxmayaraq, bu gündən oruc tutmağa başlayıblar.

Bəs bu nə qədər düzgündür? Başqa ölkələrə əsaslanıb oruc tutmaq qəbul olunur?

Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, Ramazan orucuna başlama günü ilə əlaqədar başqa ölkələrin cədvəlinə baxılmamalıdır:

“Bu gün biz Şaban ayının son gününü yaşayırıq. Azərbaycanın inanclı insanları Şaban ayının bu son günündə oruc halındadır. Yəni bu Ramazan orucu anlamında deyil, savab orucu kimi nəzərdə tutulur. İnsanlar Allaha yaxınlaşmaq ayına - Ramazana daxil olmağa fürsət kimi belə bir oruc tuturlar.

Ramazan orucu isə sabah başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qərar verilib. İnşaAllah sabahkı gündən tutulan orucular Ramazan orucudur. Amma bu gün bir kəsim insanlar oruc halındadırlar. Onların tuduğu oruc Şabanın orucu hesab olunur, Ramazan anlayışında deyil. Ona görə bu savabdır, Allaha yaxınlaşmadır. Onu da deyim ki, bir çox insanlar da keçmiş Ramazan oruclarının qəzasını bugün tutublar.

Azərbaycanın öz meridian xətti, coğrafi mövqeyi, üfüqi var. Biz nə Qətəri, nə də Səudiyyə Ərəbistanını misal gətirməliyik. Azərbaycanın özünün Rəsədxanası var. Rəsədxananın verdiyi məlumat, cədvəl, artıq paylaşılıb. Fitr Bayramı isə 20 martda olacaq. Biz bu təqvimlə də orucumuzu tutacağıq. Bütün bölgələr də bu təqvimlə Ramazanı keçirəcək. Birgə də bayramlaşıb dövlətimizə, xalqımıza, millətimizə dua edəcəyik. İnşAllah bununla da Ramazanı başa vuracağıq".

Bəs bu gün oruca başlayanların orucu qəbul olunur?

Sualımıza cavabında Hacı Surxay Məmmədli deyib: "Orucun qəbul olunub-olunmamasını bəşər təyin edə bilməz. İnsan ağlı, şüuru, məntiqi acizdir ki, kimsə durub “bəli, sənin tutduğun oruc qəbuldur və ya qəbul deyil” desin. Orucu, yalnız Allah-Təala qəbul edir. Çünki Ramazan Allahın ayıdır. Əgər kimlərsə oruc tutubsa, savab məqsədilə, niyyəti Ramazan orucu deyilsə, bu da savabadır və Allah yanında qəbuldur. Amma bizim mövzumuz əsas Ramazandır. Ramazan da təbii ki, günbəgün tutulacaq. Və niyyət Ramazan orucu olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri