Icma.az
close
up
RU
Ramazan sadəcə oruc deyil, mənəvi yenilənmə fürsətidir

Ramazan sadəcə oruc deyil, mənəvi yenilənmə fürsətidir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi  

İlahiyyatçı: “Müasir dünyada Ramazan ruhani sabitliyin əsas mənbəyidir”

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib.

Fətvada bildirib ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı Miladi təqvimlə martın 20-nə təsadüf edir: “Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə, imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır”.

Qeyd edək ki, Ramazan ayı Azərbaycanın zəngin tarixi, milli-mənəvi dəyərləri və əsrlər boyu formalaşmış dini-mədəni ənənələri ilə sıx bağlıdır. Bu müqəddəs ay xalqımızın həm dini inancının, həm də mənəvi kimliyinin mühüm bir parçası kimi xüsusi ehtiramla qarşılanır və qeyd olunur. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də bayram münasibəti ilə Azərbaycan və dünya müsəlmanlarını təbrik edib. 

QMİ sədri təbrikində müqəddəs Ramazan Bayramının Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz Bayramı ilə üst-üstə düşdüyünü xatırladıb. Allahşükür Paşazadə qeyd edib ki, bu da onların mübarəkliyini və ülviliyini daha da artırır: “ Uca Yaradana həmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarək bayramları Ulu Rəbbimizin Lütfü, Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldən məqamlar kimi dəyərləndirir, şükürlər edirik.

Uca Allaha çox şükürlər olsun ki, əziz bayramlarımız dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri, soydaşlarımızın dədə-baba yurdlarına Böyük Qayıdışı, həyat şəraitlərinin yüksək səviyyədə təmin olunması hər birimizin qəlbini fərəhləndirir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik layihə və təşəbbüslərdə görür, bütün sahələrdə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir. Allaha şükürlər olsun ki, dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını təcəssüm etdirir. Bu gün Qarabağın işğaldan azad olmuş bütün məkanlarında, o cümlədən, azad Şuşa və Xankəndində bayram ibadətlərində, qədim ənənələrə uyğun Novruz tonqalları ətrafında bizlərə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun müzəffər sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk”.

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, Ramazan ayının əsas mənası və mahiyyəti insanın öz daxili aləmini yeniləməsindən ibarətdir:

“Bu ay bir növ mənəvi saflaşma mərhələsidir. İnsan il ərzində yaşadığı gərginlikləri, yol verdiyi nöqsan və günahları Ramazan vasitəsilə aradan qaldırmağa çalışır, ruhuna dinclik və yenilənmə qazandırır. Ramazanın əsas məqsədi Allaha daha sıx bağlanmaq, Onun rizasını hər şeydən üstün tutmaqdır. Bu ayda insan bəşəri qayğılardan, gündəlik problemlərdən, kədər və sıxıntılardan uzaqlaşaraq Allaha təvəkkül etməyi öyrənir, hər şeyi Onun iradəsinə həvalə edir. Bu isə ruhun saflaşmasına, mənəvi dirçəlişə və daxili tarazlığın bərpasına xidmət edir.

Ramazan ayının şərtləri yalnız ac qalmaqdan ibarət deyil. Oruc, sadəcə, fiziki bir əməl deyil; o, həm də nəfsin tərbiyəsi, səbir, mərhəmət, bağışlama və mənəvi kamillik yoludur. Bu ay insanın həm zahirini, həm də batinini saflaşdırmağa yönəlmiş ilahi bir fürsətdir.

Ramazan ayının bir çox şərtləri və mənəvi tələbləri vardır. Oruc yalnız ac qalmaqdan ibarət deyil; o, eyni zamanda digər ibadətlərə daha çox önəm verməyi, əxlaqi-mənəvi dəyərləri zənginləşdirməyi tələb edir. Bu ay insanın həm fərdi keyfiyyətlərini, həm də müsəlmana xas xüsusiyyətlərini inkişaf etdirməsi üçün mühüm fürsətdir”.

İlahiyyatçının sözlərinə görə, Ramazan sosial münasibətlərin yenilənməsinə, insanlar arasında anlayış, yardımlaşma və həmrəylik ruhunun güclənməsinə xidmət edir. Bu baxımdan Ramazan ayı böyük tərbiyəvi əhəmiyyət daşıyır:

“Həmçinin bu ay gənclər və gələcək nəsillər üçün örnək mühiti formalaşdırır. Uşaqlar böyüklərin ibadətini, davranışını və mənəvi həssaslığını müşahidə edərək onlardan ibrət götürürlər. Beləliklə, Ramazan ailə daxilində və cəmiyyətdə mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Müasir dövrdə sürətli həyat tərzi keçirən, qloballaşan dünyanın ritminə uyğun yaşayan cəmiyyətlərdə bir çox sahələr kimi dini həyatın zahiri formalarında da müəyyən dəyişikliklər müşahidə oluna bilər. Texnologiyanın inkişafı, iş rejimlərinin fərqlənməsi, coğrafi və iqlim şəraitinin müxtəlifliyi insanların gündəlik həyatına təsir göstərdiyi kimi, oruc ibadətinin icrasında da bəzən çətinlik və ya əksinə, rahatlıq yarada bilər. Bu dəyişən şərtlər Ramazanın mahiyyətini dəyişmir. Qurani-Kərimdə də vurğulandığı kimi, din insan üçün çətinlik deyil, asanlıq məqsədi daşıyır. İslam hüququnda ibadətlərin yerinə yetirilməsi zamanın və şəraitin xüsusiyyətləri nəzərə alınmaqla tənzimlənir. Zərurət hallarında mövcud olan güzəştlər, səfər və ya sağlamlıqla bağlı istisnalar bunun bariz nümunəsidir.

Qurani-Kərim son ilahi kitab olaraq bütün dövrləri və cəmiyyətləri əhatə edən ümumi prinsiplər ortaya qoyur. Dünyanın inkişafı, sosial və texnoloji dəyişikliklər nəzərə alınaraq insanlara çətinlik deyil, məsuliyyət və mənəvi kamillik yolu göstərilir.

Bu baxımdan, qloballaşan və sürətli həyat tərzi hökm sürən müasir dünyada da Ramazan ayının qeyd olunması və oruc ibadətinin icrası prinsip etibarilə heç bir maneə ilə üzləşmir. Əksinə, belə bir mühitdə Ramazan insan üçün daha çox daxili dayanacaq, mənəvi tarazlıq və ruhani sabitlik mənbəyinə çevrilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri