Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Builki Münxen Konfransı fərqli çağırışlarla yadda qaldı

Builki Münxen Konfransı fərqli çağırışlarla yadda qaldı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrün ən böyük problemlərindən biri beynəlxalq təhlükəsizliyi təhdid edən çağırışlarla bağlıdır. İkinci Dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik modeli artıq bəzi güc mərkəzlərini qane etmir və elə bu səbəbdən, yeni çəkindirici mexanizmlərin yaradılmasına ehtiyac yaranır. Belə vəziyyətdə beynəlxalq təşkilat və platformaların çox kiçik hissəsi qlobal oyun qaydalarına təsir imkanlarını, həmçinin beynəlxalq müzakirələr üçün cəlbediciliyini qoruya bilir. Onlardan biri də 1963-cü ildən fəaliyyət göstərən Münxen Təhlükəsizlik Konfransıdır.

Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyası” imzalandıqdan üç gün sonra Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı budəfəki səfərə xüsusi çalar verir. Dünyanın ən qüdrətli dövləti ilə müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlığı da ehtiva edən Xartiyanın imzalanması, əslində, özü-özlüyündə bir mesajdır. Prezident İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycanın televiziya kanallarına verdiyi müsahibədə Almaniyaya hazırkı səfərinin fərqli reallığa söykəndiyini xüsusi qeyd etdi: “İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır-əməkdaşlıq, sülh, tərəfdaşlıq”.

Cənab Prezidentin Ermənistanla Sülh sazişinin  imzalanmasına dair mesajı da kifayət qədər birmənalı oldu. Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan müddəaları öz konstitusiyasından çıxarmalı və revanşa hüquqi zəmin yaradan normalardan birdəfəlik imtina etməlidir.

Prezident İlham Əliyevin növbəti mühüm mesajı yeni beynəlxalq təhlükəsizlik modeli ilə bağlı oldu: “Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”.

Azərbaycan  Prezidentinin beynəlxalq auditoriyaya verdiyi mesaj onunla bağlı oldu ki, Prezident Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının bu yaxınlarda keçiriləcək birinci sammiti yeni təhlükəsizlik mexanizmlərinə aydınlıq gətirə və onları şərtləndirə bilər.  “France 24” kanalının müxbirinin Münxendə Prezident İlham Əliyevdən aldığı müsahibə zamanı səsləndirdiyi suallar da göstərdi ki, nəinki siyasətçilər, hətta ictimai rəy səviyyəsində coğrafi, dini və milli təəssübkeşliklə bağlı amillər bəzi hallarda beynəlxalq hüquqdan üstün tutulur. Nəticədə selektiv yanaşma və ayrı-seçkilik siyasəti önə çıxır, təhlükəsiz dünya nizamına yeni təhdidlər yaranır.  Jurnalistin Ermənistanla yekun sülh sənədinin mümkünlüyünü erməni separatçılarının əfv olunmasına bağlamaq cəhdi yalnız bir müxbirin fundamental prinsip və dəyərlərə selektiv yanaşma tərzini əks etdirmir.

Bunun kökündə Fransa rəhbərliyinin “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa zidd olan bəyanatı, separatçılara dəstək məqsədilə Milli Assambleyanın və Senatın qəbul etdiyi qərəzli qətnamələr, hətta Ermənistan tanımadığı halda, Fransa parlamentinin qondarma “Dağlıq Qarabağın” tanınması ilə bağlı ədalətsiz mövqeyi dayanır. Sözsüz ki, siyasətçilərin və dövlət rəsmilərinin beynəlxalq hüququ heçə sayan bu cür qətnamə və bəyanatları yerli ictimai rəyi, o cümlədən informasiya məkanını təsirləndirməyə bilməz. Elə bu səbəbdən, Prezident İlham Əliyevin müxbirin sualına verdiyi cavab Fransada ictimai rəydə çaşqınlıq yaradan qərəzli mövqe və təhrifetmələrə ən tutarlı cavabdır: “Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”. Jurnalistin “Bu, Sizin üçün eyni şeydir?” kimi dəqiqləşdirici sualına cənab Prezidentin cavabı yenə də birmənalı oldu: “Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.

Müsahibədən bir gün sonra, fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələri göstərdi ki, ötən illər ərzində ölkəmizdə həyata keçirilmiş irimiqyaslı  infrastruktur layihələri və əlverişli coğrafi mövqe Azərbaycanı Avropa ilə Asiya arasında strateji mərkəzə çevirib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam və mütləq şəkildə bərpası ilə Cənubi Qafqazda yaranan yeni reallıq Şərq-Qərb dəhlizində iqtisadi cəhətdən səmərəli bağlantıların qurulmasına və logistik imkanların genişləndirilməsinə böyük imkanlar açıb.

ATƏT-in sabiq Baş katibi Helqa Mariya Şmidin moderatorluq etdiyi panel müzakirələrində Prezident İlham Əliyevə verilən suallar, Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos və Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri, Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti Vanq Huiyao tərəfindən səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan əlverişli coğrafi mövqeyi və geniş infrastruktur imkanları ilə yanaşı, öhdəliklərinə sadiq olan etibarlı tərəfdaş kimi də Avropa və Asiyanı özünə cəlb edir. İki qitə arasında yeni bağlantıların qurulması və dəhlizlərin açılması, şübhəsiz ki, təkcə ölkələr arasında deyil, bütövlükdə sivilizasiyalar arasında qarşıdurma, münaqişə və müharibə risklərini minimuma endirir, eyni zamanda, qlobal təhlükəsizlik mexanizmlərini yenidən şərtləndirir.

Bütün bunlarla yanaşı, “Frans-24”ün müxbirinin ardınca Ermənistanı təmsil edən Stepan Safaryan adlı bir gəncin Azərbaycan Prezidentinə ünvanladığı sual onu da göstərdi ki, Ermənistan hökumətinin ölkəmizə qarşı ərazi iddialarının olmadığını bəyan etməsinə baxmayaraq, həmin bəyanatları təkzib edən müddəanın konstitusiyadan çıxarılması erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. S.Safaryanın Konstitusiya Məhkəməsinin qərarına istinad etməsi də elə bu cür ictimai çaşqınlığın göstəricisidir. Erməni gəncin Baş nazir Paşinyanın “Sülh yolu kəsişməsi” təşəbbüsünü yenidən gündəmə gətirərək Tramp Marşrutu ilə faktiki qarşı-qarşıya qoyması da təhrifetmə cəhdindən başqa bir şey deyil və anti-TRIPP təbliğatının tərkib hissəsidir. Prezident İlham Əliyevin bu gəncin sualına verdiyi cavab həm də Ermənistan rəhbərliyinə, seçkiöncəsi revanş müxalifətinin əli ilə orada ictimai çaşqınlığı gücləndirmək və sabitliyi pozmaq istəyən xarici qüvvələrə göndərilən birmənalı mesajdır: “ “Sülh yolu kəsişməsi”nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar”. 

Cənab Prezidentin bu bəyanatı, əslində, o anlama gəlir ki, mümkünsüz olanı gözləmək nə qədər sadəlövhlükdürsə, Prezident Donald Trampın öz adını verdiyi və artıq Ermənistan hökuməti ilə razılaşdırdığı TRIPP layihəsinə qarşı çıxmaq yalnız ağılsızlıq deməkdir. Çünki bu cür cəhdlər istənilən ölkə üçün ciddi siyasi risklər yarada bilər. Panel müzakirələrində çıxış edən Vanq Huiyao tərəfindən səsləndirilən növbəti fikir, zənnimcə, belə düşüncə sahiblərinə ən tutarlı cavabdır: “Mən Bakı forumlarında dəfələrlə iştirak etmişəm və əlbəttə ki, biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq”.

 Serbiya Prezidenti Aleksadar Vuçiçin fevralın 15-də ölkəsinə rəsmi səfər edən Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər həmin “yumşaq gücün” arxasında hansı siyasi reallığın dayandığını kifayət qədər əks etdirir: “Həmçinin Serbiya xalqı qarşısında və əlbəttə, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram”.

Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasında və  beynəlxalq münasibətlərin  nüfuzlu üzvünə çevrilməsində bu siyasi gerçəkliyin rolu danılmazdır. Danılmaz olduğu qədər də, qürurvericidir!

Ülvi Quliyev 
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Fevral 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri