Icma.az
close
up
RU
Münxen konfransı: Ukrayna böhranı qlobal siyasət spektrində

Münxen konfransı: Ukrayna böhranı qlobal siyasət spektrində

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Münxendə növbəti Avropada Təhlükəsizlik Konfransı keçirilir və bu gün toplantının sonuncu iş günüdür. Sammitdə 60-dan çox ölkənin dövlət və hökumət başçısı, 100-dən artıq xarici işlər naziri iştirak edir. Ukrayna Prezidenti Volodimir Zelenski də buradadır. Amma Rusiya rəsmiləri məlum səbəblərdən konfransa dəvət olunmayıblar.

Konfrans ərəfəsində Prezident Donald Tramp deyib ki, ABŞ, Rusiya və Ukrayna siyasətçiləri Münxen sammiti çərçivəsində bir araya gələcəklər və müharibəni dayandırmaq üçün danışıqlar aparacaqlar. Yeri gəlmişkən, Birləşmiş Ştatların 40 yaşlı vitse-prezidenti Cey Di Vens Zelenski ilə görüşüb. Vens görüşdən sonra jurnalistlərə deyib ki, Amerika Birləşmiş Ştatları Ukraynada bir-iki ildən sonra təkrar münaqişəyə gətirib çıxaran deyil, güclü və davamlı sülhə nail olmaq istəyir.

ABŞ-ın vitse-prezidenti avropalı müttəfiqlərlə birlikdə davamlı sülhə necə nail olmaq barədə bir sıra əlverişli dialoqlar aparıldığını söyləyib. Onun sözlərinə görə, yaxın günlər, həftələr, aylar ərzində belə dialoqlar daha çox olacaq.

ABŞ vitse-prezidenti gözlənilmədən Avropanı sərt tənqid edib. O, Avropa siyasətçilərinə üzünü tutaraq deyib ki, sizin üçün təhlükə nə Çindən, nə də Rusiyadan gəlir. Avropa özünü daxili nifaqdan qorumalıdır. Vens konfransdakı çıxışı zamanı şefi Trampı tərifləməyi də unutmayıb. Bildirib ki, 2022-ci ildə Tramp Ağ evdə olsaydı, Rusiya–Ukrayna müharibəsi başlamazdı.

Bu, əlbəttə, mübahisəli yanaşmadır. Tarix felin keçmiş zamanda işlədilən şərt şəklini qəbul etmir. Bugünün reallığı budur ki, Avropanın şərqində iki qonşu slavyan dövləti artıq 3 ildir ki, bir-birinə qarşı amansız müharibə aparır və hər iki tərəf ağır itkilər verir. Savaşı isə heç cür dayandırmaq mümkün olmur. Tramp öz seçkiqabağı kampaniyası zamanı müharibəni cəmi 1 sutka ərzində dayandıracağını vəd etmişdi. İndi isə ritorikasını dəyişib. Söhbət artıq həftələrdən, aylardan, illərdən gedir.

Yeri gəlmişkən, Münxen konfransı ərəfəsində ABŞ prezidenti rusiyalı həmkarı ilə telefonla danışıb. Telefon bağlantısının təfərrüatları geniş ictimaiyyətə hələlik tam açıqlanmır. Çox böyük ehtimalla Ağ ev Kremldən bu mənasız savaşı dayandırmağı, atəşkəsə razı olmağı xahiş edib. Rusiya tərəfi bundan imtina edib. Moskvanın dərhal atəşkəsə razılıq verməsi inandırıcı görünmür.

Kreml Ukraynada təkcə torpaq savaşı aparmır. Rusiya tərəfinin məqsədi Qərbi öz siyasi iradəsi ilə hesablaşmağa məcbur etməkdir. Ukrayna dünya güclərindən milli təhlükəsizliyi üçün etibarlı zəmanət istəyir. Bu zəmanəti indiki vəziyyətdə yalnız Amerika Birləşmiş Ştatları verə bilərdi. Vaşinqton isə bu savaşı Avropanın daxili problemi sayır və faktiki olaraq keçmiş müttəfiqini Rusiya hərbi maşını ilə üz-üzə qoyur.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Avropa ABŞ-ın təhlükəsizlik çətiri altında idi. ABŞ və SSRİ uzun onillər boyu bir-birilə “soyuq müharibə” aparanda, “Qoca qitə”nin bir çox dövlətləri Moskva ilə “dostluq” əlaqələri qururdular. İndi vəziyyət tamam başqadır. Tramp öz qazancını güdən iş adamının təfəkkürü ilə Amerikanın pullarını Avropa təhlükəsizliyi üçün xərcləmək niyyətində olmadığını gizlətmir. Bu, həyatın acı ironiyasıdır! Ukrayna bu sərt reallıqla razılaşmağa məhkumdur!

Bəli, Tramp administrasiyası Ukrayna problemini öz boynundan atmağa tələsir. Belə çıxır ki, onun Rusiya ilə qarşı-qarşıya oturub uzun-uzadı diplomatik müzakirələr aparmağa vaxtı da yoxdur. Vaşinqton nəyin bahasına olursa-olsun, Çinin yüksəlməkdə olan iqtisadi, hərbi gücünü, paralel olaraq artan ambisiyalarını cilovlamaq istəyir. Ağ ev düşünür ki, Pekinlə həlledici dueldə onun yanında Avropa yox, Yaponiya, Cənubi Koreya, bir də doğma AUKUS (ABŞ, Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya ibarət ittifaq) olacaq. Trampın məntiqi, hardasa, başadüşüləndir.

Birləşmiş Ştatlar Rusiya–Ukrayna müharibəsindən artıq kifayət qədər yararlanıb. Ona görə ki, Almaniya, Rusiya və Çin on min kilometrlər boyu uzanan nəhəng Avrasiya məkanında, ən azı, yaxın gələcəkdə ticarət apara bilməyəklər. Amerika Rusiyanın belinə çox sayda sanksiyalar yükləməklə, artıq onu taqətdən salıb. Vaşinqtona hələlik öz ərazi bütövlüyünü qoruyan, amma iqtisadi baxımdan zəif Rusiya lazımdır.

Fikrimizcə, Rusiyanın Çinlə yaxın müttəfiq ola biləcəyi barədə ehtimallar da əsassızdır. Ona görə ki, Çin sivilizasiyası rus elitasına tamamilə yaddır. “Yeni rusiyalılar” özlərini Avropada görmək istəyirlər, “sarı əjdaha” qaydaları ruslar üçün heç vaxt cəlbedici olmayıb.

Vaşinqton dünyanın ən böyük nüvə arsenalına malik olan Moskvanı Ukraynaya görə özündən tam narazı salmaq fikrində deyil. Rusiya ona Avropanın başı üzərində “Damokl qılıncı” kimi hər zaman lazım ola bilər.

Mövcud durumda Rusiya ilə Ukrayna arasında atəşkəsin imzalanması Avropanın Rusiya təcavüzü qarşısında kapitulyasiyası kimi qəbul edilə bilər. Hər halda bu tezis Kremlin daxili auditoriyaya ünvanlanan təbliğat üçün göydəndüşmə fürsət olacaq. Vaşinqtonun “etibarsızlığı” fonunda Rusiyanın Avropaya təhdidləri artacaq ki, bu da bu qitəyə yaxşı heç nə vəd etmir. Məğlubiyyət sindromu Avropada dezinteqrasiya prosesini sürətləndirəcək.

Düşünmək olar ki, Münxen sammitində avropalı siyasətçilər bütün bu və digər çox sayda variantları gözdən keçirəcəklər. Özünü qitənin “ən böyük hərbi gücü kimi” qələmə verən Fransa isə tarix boyu ən xırda mənafeyi naminə tərəfdaşlarını su qiymətinə satıb. Almaniya bunu yaxşı bilir. Berlin mümkün qədər böyük münaqişəyə birbaşa cəlb olunmaqdan çəkinir. XX əsrdə Almaniya iki dəfə bunun bədəlini ödəyib. Anqlosakslar hər dəfə almanları tələyə salıb var-dövlətini yağmalayıblar.

Beləliklə, planetimizdə böyük güclərin əzələ nümayişi başlayıb. Münxen konfransı bir daha təsdiq etdi ki, okeanın o tayında səslənən böyük vədlərə baxmayaraq, Rusiya–Ukrayna müharibəsini dayandırmaq çətin olacaq. Super güclər hələ də böyük münaqişələrin nizamlanma mexanizmini tapa bilməyiblər.

Atamoğlan Məmmədli,
BDU-nun professoru

Münxendə keçirilən budəfəki təhlükəsizlik konfransı sayca 61-cidir. Bu tədbirin əsas fəlsəfəsi dialoq və diplomatiya yolu ilə hərbi qarşıdurmaların qarşısını almaqdır. Münxendə bir qayda olaraq milli təhlükəsizlik məsələlərinin müzakirəsi ön plandadır.

Budəfəki konfransda 800 rəsmi şəxs iştirak edir. Konfransın iştirakçıları arasında ABŞ-ın vitse-prezidenti Cey Di Vens də var. Onun lovğa ritorikası avropalı siyasətçiləri narazı salıb. Türkiyənin nümayəndə heyətinə isə qardaş ölkənin xarici işlər naziri Hakan Fidan rəhbərlik edir.

H.Fidan ABŞ-ın dövlət katibi Rubio ilə görüşərək onunla geniş müzakirələr aparıb. Diplomatlar ikitərəfli münasibətləri, eləcə də Suriyadakı vəziyyəti, Qəzzada baş verən ağrılı prosesləri və Rusiya ilə Ukrayna arasında müharibəni müzakirə ediblər. Fidan Ankaranın bütün bu problemlərin sülh yolu ilə həll olumasının tərəfdarı olduğunu vurğulayıb.

Avropa Təhlükəsizlik Konfransının yuxarıda qeyd etdiyimiz münaqişələrin həllinə real təsir göstərə bilirmi? Xeyr! Avropa başa düşür ki, öz hayına özü qalmalıdır. Buna görə də vahid Avropa ordusunu yaratmaq ideyası yenidən gündəmə gəlir. Almaniya isə artıq ölkədə fövqəladə təhlükəsizlik rejiminə keçməyi planlaşdırır.

Dünya siyasi yolayrıcındadır. Dünya gücləri siyasi ambisiyaları bir kənara qoyub qlobal problemlərin ədalətli həlli yollarını tapmalıdır. Bunu bəşəriyyətin mənafeyi tələb edir. Ümid edək ki, sağlam düşüncə gec-tez qələbə çalacaq.

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri