Icma.az
close
up
RU
Bulanıq suda balıq sevdası Sədərək və Binə arasındakı gölə səyahət VİDEO

Bulanıq suda balıq sevdası Sədərək və Binə arasındakı gölə səyahət VİDEO

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Sədərək və Binə ticarət mərkəzlərinin yaxınlığında yerləşən gölün suyu və ətrafı çirkli vəziyyətdədir. Buna baxmayaraq, balıqçılar həmin göldən balıq tuturlar.

Bakıvaxtı.az əraziyə baş çəkib, balıqçılarla həmsöhbət olub.

Onların sözlərinə görə, bəziləri sadəcə həvəskardır. Amma bir çox balıqçı tutduğu balığı həm yeyir, həm də satır.

Göldəki acınacaqlı vəziyyətlə bağlı ekoloq Rövşən Abbasov qeyd edib ki, ümumiyyətlə, Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyəti qənaətbəxş deyil:

“Ölkənin ən böyük səkkiz gölü haqqında geniş araşdırma aparılıb və bu göllərin müxtəlif tullantılarla çirkləndiyi müəyyən olunub. Sözügedən göldə də çirkləndiricilər var. Bu tip göllərdə balıq tutulmamalıdır. Balıq çirkabı öz bədəninə tez çəkən bir canlıdır”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu isə bildirib ki, qeyd olunan ünvanda mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:

“Təchizat sistemi olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Nadir Muradov “Sözügedən gölün və ətrafının vəziyyətindən xəbərdarsınızmı?” sualına “o gölə heç nə axıdılmır” cavabını verib.

Sözügedən göllə bağlı məlumat almaq üçün qurumun digər səlahiyyətli şəxsinə yönləndirildik. Onunla dəfələrlə telefon əlaqəsi saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Aprel 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri