Sədərək və Binə ticarət mərkəzləri bağlanır?
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Deyilənə görə, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək.
"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsələ ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, ticarət mərkəzi fəaliyyətini əvvəlki qaydada davam etdirir:
"Birmənalı olaraq vurğulayıram ki, bu, tamamilə əsassız və yanlış məlumatdır, dezinformasiyadır. "Sədərək" Ticarət Mərkəzi hələ də öz fəaliyyətini davam etdirir, işlər əvvəlki qaydada gedir. Sahibkarlara və ictimaiyyətə müraciət edirəm ki, narahatlığa əsas yoxdur".
K.Qədim əlavə edib ki, yayılan məlumatlar sahibkarlar və ictimaiyyət arasında çaşqınlıq yaradıb.
"Binə" Ticarət Mərkəzində çalışan sahibkarlardan biri sorğumuza cavab olaraq bu fikirləri səsləndirib:
"Bizə belə bir tapşırıq verilməyib. Bu haqda məlumatımız da yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Noyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















