Icma.az
close
up
RU
“Sədərək” və “Binə”də qiymətlər artacaq

“Sədərək” və “Binə”də qiymətlər artacaq

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək

Ölkə.az xəbər verir ki, Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək. 

O da məlumdur ki, bazarlarda bir sıra məhsulların qiyməti dükanlarla müqayisədə nisbətən aşağıdır. Tikinti materiallarından tutmuş, geyim məhsullarına qədər bir sıra məhsullar bazarlarda daha sərfəli qiymətə olduğu üçün əhali ora gedir. Xüsusən “Sədərək”, “Binə” və digər böyük bazarlarda sahibkarların çoxu vergi vermir. O baxımdan yeni qərar bazarlarda qiymətlərin artmasına necə təsir edəcək?

İqtisadçı Elmir Səfərli deyir ki, vergi uçotunda olmaq ilk növbədə sahibkarların özləri üçün faydalıdır. Çünki bütün ödənişlər artıq qeyri-nağd üsulla aparılır. Buna görə də bank hesablarına və daxil olan maliyyə vəsaitinə nəzarət etmək üçün vergi uçotuna durmaq şərtdir: “Bununla da onlar həm dövriyyələrini, həm də vergilərini rəsmi şəkildə göstərəcəklər. 2025-ci ildən etibarən müəyyən sahibkarıq növləri var ki, onlara xüsusi güzəştlər tətbiq ediləcək. Xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğin 20 faizi, yəni ümumi dövriyyənin 5 faizi qədər mənfəət vermə kimi şanslar ortaya qoyulur. Bu da sahibkarlar üçün faydalıdır. Onlar müəyyən qədər 15 faizli böyük vergidən azad olunacaqlar. Bunun iqtisadiyyata da böyük təsiri var.  Büdcə gəlirinin, vergiyə daxil olmaların artırılması üçün önəmli şərtdir. Bu faydalar sahibkarlara izah edilməlidir ki, yayınmasınlar, əksinə, can atsınlar. Bu zaman hər iki tərəfə - həm dövlətə, həm də sahibkarlara sərfəli olacaq”.  

Ekspert deyir ki, bu dəyişiklik qiymət artımına təsir etmir: “Qiymət artımına maya  dəyərinin artması təsir edə bilər. Verilən vergilərin həcmi artırılarsa, qiymət artar. Bunların heç biri baş vermədiyi üçün qiymət artımından söhbət gedə bilməz.  Hər hansı sahibkarın vergi uçotunu bəhanə edib qiyməti qaldırması süni artımdır”. /Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri