Icma.az
close
up
RU
Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: “Adamlar SMS lə küçəyə çıxanda 12 13 min adam gəmiyə minə bilməzdi...”

Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: “Adamlar SMS lə küçəyə çıxanda 12 13 min adam gəmiyə minə bilməzdi...”

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, 12 milyon manatlıq mənimsəmə, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamlarıyla həbsdə olan İlqar Mustafayevin işi üzrə məhkəmə prosesi davam edir. O, məhkəmə qarşısına köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birlikdə çıxarılıb.

Bizimyol.info xəbər verir ki, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri bu cinayət işinin ətraflı araşdırılması məqsədilə vəsatətlər qaldırıblar.

Fuad Babayevin vəkili bəzi sənədlərin sübutlar siyahısına əlavə olunmasını istəyib. O bildirib ki, müvəkkilinə verilən ittihamlardan biri də “GİRASOL” MMC ilə bağlıdır: “Belə təqdim olunur ki, bu şirkət yeyinti məqsədilə yaradılıb, yeganə müştərisi də Dənizkənarı Bulvar İdarəsi olub. Cinayət işində yazılıb ki, şirkətin hesabına köçürülən pullar nağdlaşdırılıb və mənimsənilib. Səndələrdən isə məlum olur ki, şirkətin hesabına köçürülən vəsaitlər hesabda qalıb və təyinatı üzrə xərclənib. Bunu sübut edən sənədlərin cinayət işinin materiallarına əlavə olunmasını xahiş edirik”.

Məhkəmə vəsatəti təmin edib. Hakimlər sənədləri qəbul edərək, onları cinayət işinin materiallarına əlavə edib.

Daha sonra İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli vəsatət verib. Vəkilin sözlərinə görə, ittihamda 2020-2023-cü illərdə bulvarda gəzinti gəmilərindən əldə edilən gəlirlərin mənimsənildiyi iddia olunur.

Dövlət Dəniz və Liman Agentliyinin iş materiallarında olan məktubunda Dənizkənarı Bulvar İdarəsinə məxsus “Mirvari” və “Şəfəq” gəmilərində 2020-2023-cü illərdə gəmi gəzintilərində səyahət edən sərnişinlərin sayı göstərilib. “Mirvari” gəmisində 2020-ci ildə 12 min 827 nəfər, 2021-ci ildə 54 min 788 nəfər, 2022-ci ildə 47 min 599 nəfər sərnişin səyahət edib. “Şəfəq” gəmisi ilə bağlı rəqəmlər də ayrıca göstərilib.

“Guya gəmilərdən ayda 3-7 min, ildə isə 13 min sərnişin istifadə edib. Pandemiya dövründə, xüsusilə 2020-ci ildə insanlar SMS icazəsi ilə 2-3 saat küçəyə çıxırdı. 12-13 min sərnişinin gəmi gəzintisindən istifadəsi mümkün deyildi. Ölkədə sərt karantin rejimi vardı. Ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilmişdi”, - deyə vəkil bildirib.

Müdafiəçi qeyd edib ki, belə bir şəraitdə məktubda göstərilən sayda sərnişinin gəmidən istifadə etməsi inandırıcı deyil. Bu məsələnin araşdırılması üçün də gəmilərin 2020-2022-ci illərdə hər ay və hər gün “Mirvari” və “Şəfəq” gəzinti gəmilərinin səfərlərinin sayı, həmçinin sərf olunan yanacağın miqdarı barədə məlumat əldə olunmasına ehtiyac var: “ Xahiş edirik, bu məlumatların əldə olunması üçün Dövlət Dəniz və Liman Agentliyinə sorğu verəsiniz”.

Bu məhkəmə prosesində Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi zərərçəkmiş qismində iştirak edir. Nümayəndə bildirib ki, Bulvar İdarəsi də əlində olan rəqəmləri məhkəməyə təqdim edə bilər.

Məhkəmə vəsatətin baxılmamış saxlanması barədə qərar qəbul edib. Hakimlər bildirib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələ araşdırılanda zərurət olarsa, sorğu verilər: “Ola bilsin ki, o vaxta qədər zərərçəkmiş həmin məlumatları məhkəməyə təqdim etsin. Bu halda, sorğu verməyə də ehtiyac olmayacaq”.

Məhkəmə prosesi avqustun 18-də davam edəcək.

1966-cı il təvəllüdlü İlqar Mustafayev 2015-ci ildə - Dənizkənarı Bulvar İdarəsindən əvvəl Bayraq Meydanının rəhbəri olub. 2016-cı ildə isə Bulvar İdarəsinə rəhbər təyin olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar irəli sürülüb.

İlqar Mustafayev həbsdə olsa da, digərləri azadlıqdadır.

İlqar Mustafayevin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırılsa da, təmin olunmayıb.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İlqar Mustafayev ötən məhkəmə iclasında günahsız olduğunu bildirib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 İyul 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri