Icma.az
close
up
RU
Yaşıl Bakıya doğru: “Sökülən binaların yerində parkların salınması təqdirəlayiqdir”

Yaşıl Bakıya doğru: “Sökülən binaların yerində parkların salınması təqdirəlayiqdir”

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərsalma, şəhər təsərrüfatı ilə məşğul olan qurumların üzərinə böyük məsuliyyət qoyur”. Bunu “Səs” qəzetinə Buzovna bələdiyyəsi sədrinin müavini Təbriz Ağayev deyib. Onun sözlərinə görə, son illər paytaxt Bakıda və ölkəmizin digər şəhərlərində gözəlliyi zövq oxşayan binalar inşa edilib, nəhəng infrastruktur layihələr icra olunub, yeni nümunəvi məhəllələr salınıb.

“Bakıda ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 400-dən çox park salınıb. Mədəniyyət və istirahət parklarında paytaxt sakinlərinin və turistlərin asudə vaxtını səmərəli keçirməsi üçün əlverişli şərait yaradılıb. Bu gün artıq Bakı da dünyada parklar şəhəri kimi tanınır və bu sahədə görülən işlər nəticəsində paytaxtımız dünyanın bir çox möhtəşəm şəhərlərini geridə qoyub. Şəhərimizə gələn turistlərin sayının ilbəil artması düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Bakının sürətli inkişafının sübutudur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mərkəzi Nəbatat parkında təmir və yenidənqurma işləri başa çatıb. Xəzər rayonu ərazisində, Mərdəkanda yerləşən Dendrologiya parkında əsaslı təmir-yenidənqurma işləri davam etdirilir. Yaxın gələcəkdə Bakıda 10 meqaparkın yaradılması nəzərdə tutulur. Parklarda şəhər sakinlərinin və turistlərin istirahəti üçün hər cür şərait yaradılıb, müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb.

Vurğulamaq yerinə düşər ki, dövlət başçısının göstərişi ilə icra edilən infrastruktur layihələri ekoloji düşüncəyə əsaslanır. Görülən işlər paytaxt sakinlərinin rifah halının yaxşılaşdırılmasına, sosial şəraitinin yüksəldilməsinə xidmət edir. Bakıda “yaşıl nəqliyyata” keçid istiqamətində əhəmiyyətli addımlar atılıb. Paytaxtın əksər ərazilərində velosiped zolaqları yaradılıb, skuterlərin hərəkəti asanlaşdırılıb. Təkcə son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilib. Ötən il 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr mikromobillik zolağı çəkilib. Paytaxtın ictimai nəqliyyatında elektriklə işləyən nəqliyyat vasitələrinin sayı artırılıb”- deyə, o, bildirib.

Onun sözlərinə görə, sökülən binaların yerində parkların salınması təqdirəlayiq haldır:

“Son illər Bakıda həyata keçirilən geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililər sökülür. Təqidərlayiq haldır ki, sökülən tikililərin yerinə yaşayış binası, inzibati bina, ticarət və iaşə obyektlər tikilmir, istirahət və mədəniyyət parkları salınır. Neftlə çirklənmiş ərazilərdə parkların salınması da şəhərsalmada Azərbaycanın tətbiq etdiyi ənənədir və alqışa layiqdir. Yəqin ki, 2026-cı il “Şəhərsalma və Memarlıq İli”ndə də Bakımızın daha da gözəlləşdirilməsi və yaşıllaşdırılması istiqamətində işlər uğurla davam etdiriləcək. “Şəhərsalma və Memarlıq İli” Qarabağa böyük qayıdış prosesi yəqin ki, əsas diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan xalqının minillər ərzində formalaşmış milli memarlıq ənənələrinə və müasir şəhərsalma standartlarına uyğun tikililər inşa ediləcək, yeni şəhər və qəsəbələr salınacaq.

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində istər 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”ndə, istərsə də 2025-ci il “Konstitusiya və suverenlik ili”ndə tikinti-quruculuq, bərpa və yenidən qurma, abadlıq işləri görülüb. Görülən işlərin əsas məqsədi Abşeronun milli incəsənət ruhunu yaşatmaq, qəsəbənin, rayonun və bütövlükdə Bakı şəhərinin simasını daha da gözəlləşdirməkdir. Bu günə qədər ekoloji fəalların, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə təkcə Buzovna qəsəbəsində 80-ə yaxın iməcilik aksiyası keçirilib. İctimai fəallarla birgə ağacəkmə aksiyaları, ətraf ərazilərin, o cümlədən Xəzər sahilinin məişət tullantılarından təmizlənməsi aksiyaları həyata keçirilib. Bütün bunlarda məqsəd paytaxtımızın gözoxşayan məkana çevrilməsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri