Icma.az
close
up
RU
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri məhkəmədə ifadə verib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri məhkəmədə ifadə verib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev ifadə verib.

O, bildirib ki, ona qarşı sürülən ittihamları qəbul etmir və bunu özünə qarşı qərəzli sayır:

“Mən başa düşmürəm ki, hansı günahıma görə mənimlə bu cür davranılır. Hesablama Palatası aktı mənə göstərmədən guya Bulvar İdarəsində 3,7 milyon mənimsəmə faktı tapır və Baş Prokurorluğa göndərir. 2016-cı ildən 2024-cü ilə qədər, yəni 8 il Bulvar İdarəsinə rəhbərlik etmişəm. İttiham aktına əsasən onun ilk 2 ilində (2016-2018) 8 milyon, qalan altı ilində isə 4 milyon pul mənimsəmişəm.

İttiham aktına görə, Bulvar İdarəsində fəaliyyət göstərən bütün attraksionlardan, ticarət köşklərindən və obyektlərdən yığılan pulları işçilər və sahibkarlar İdarənin əməkdaşlarına, onlar da yuxarı əməkdaşlara və iyerarxiya üzrə son nəticədə mənə verirdilər və mən həmin pulları mənimsəmişəm. Bulvar İdarəsinin son 3 illik büdcəsi 40 milyon manat olub və qəpiyinə qədər hesabatları aparılıb”.

Təqsirləndirilən şəxs bildirib ki, Hesablama Palatası hansısa möhürsüz, imzasız e-mail vasitəsilə gələn Dövlət Dəniz və Liman Agentliyinin sədrinin müşavirinin göndərdiyi cədvələ əsaslanaraq hesablama aparıb:

“2018-2022-ci ildə isə 429.680 nəfər sərnişin səyahət edib. 2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olmuş Bulvar ərazisi rəsmi olaraq bağlı olmuş, pandemiyanın ən sərt vaxtları isə 2021-ci il olmuş, hansı ki, insanlar evdən bayıra sms icazə ilə çıxırdılar. Necə oldu ki, 2021-ci ildə 62 000 nəfər gəmidə səyahətə çıxdı”?!

İttihama görə, Maraşpark dondurma köşklərinin sahibi İsrafil Bascıl Dənizkənarı Bulvar İdarəsinə 2019-2023-cü illər ərzində 736 500 manat pul ödəyib:
“Müstəntiq bunu onun öz əl yazısı ilə yazdığı vərəqi sübut kimi götürüb. Həmçinin 2020-2022-ci illərdə pandemiya olub və Bulvar bağlanıb. Həmçinin gül və kol bitkilərinə ayrılmış pulların mənimsənilməsi ittihamına gəldikdə isə necə olur ki, Bulvar İdarəsinin istixanası ola-ola “GİRASOL” MMC-dən 175672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Əvvəla Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışının nisbətən azaldaq. Vergi Xidməti məni 12 milyonluq mənimsəmədə ittiham edirsə, həmin mənimsədən vergi verilməli idi. Vergi yoxlamasının tərəfi mən İlqar Mustafayev yox, Dənizkənarı Bulvar idarəsidir”.

Daha sonra İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli məhkəməyə bir neçə vəsatət təqdim edib. O, vəsatətinin birində Dənizkənarı Bulvar İdarəsindən müəyyən hesabatların əldə edilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Proses 20 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri