Bulvar İdarəsinin sabiq sədri milyonlarla manatı vergidən yayındırıb
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayev 2 milyon manata yaxın vergidən yayınıbmış.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda sabiq sədrin dövrü yoxlanılıb.
Yoxlama zamanı səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1.827.607,21 manat əlavə vergi, 933.664,54 manat maliyyə sanksiyası hesablanıb.
"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.809.100,39 AZN vergi borcu var.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Əhməd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















