Bundestaq Bundesver üçün 50 milyard avroluq paketi təsdiqlədi
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Bundestaqın (Almaniya parlamenti) Büdcə Komitəsi Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün 50 milyard avrodan çox dəyərində müdafiə təchizatı paketini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vəsait hərbçilər üçün mühafizə vasitələri və formaların alınmasında istifadə olunacaq. Bundan əlavə, “Arrow 3” raketdən müdafiə sisteminin genişləndirilməsinə təxminən 4 milyard avro, “Patriot” hava hücumundan müdafiə sistemi üçün isə 2 milyard avro ayrılacaq. Əlavə “Puma” piyada döyüş maşınların alınmasına 4 milyard avrodan çox vəsait xərclənəcək.
25 milyon avroluq həddi aşan satınalma layihələri isə Bundestaqın Büdcə Komitəsi tərəfindən təsdiqlənməlidir.
2026-cı ildə Almaniyanın müdafiə büdcəsi təxminən 108 milyard avroya qədər artacaq ki, bu da Soyuq Müharibənin bitməsindən bəri ən yüksək səviyyədir.
Vəsaitlər əsasən hərbi texnika və sursat almaq üçün istifadə olunacaq. Bunun əhəmiyyətli bir hissəsi kreditlər hesabına maliyyələşdiriləcək.
Bu mövzuda digər xəbərlər:Almaniyada Bundestaq seçkiləri üçün seçki başlayıb
23 Fevral 2025 12:52
Alman şirkəti Bundesver üçün hipersonik aparat yaradacaq...
04 Mart 2025 22:11
Bundestaq Ukraynaya hərbi yardım üçün 3 milyard avro ayırmaq niyyətindədir
30 Yanvar 2025 15:20
Bundestaq yeni seçkilərə doğru
29 Dekabr 2024 11:18
Bundesver: Almaniya müharibəyə hazır deyil
10 Noyabr 2025 18:10
Baxış sayı:87
Bu xəbər 18 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















