Icma.az
close
up
RU
Bundestaq yeni seçkilərə doğru

Bundestaq yeni seçkilərə doğru

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlarda  Avropa İttifaqında (Aİ) müşahidə edilən ziddiyyətli proseslərə səbəb olan əsas amillərdən biri də qurumda  yer alan aparıcı dövlətlərin özündə yeni iqtisadi-siyasi böhran dalğasının başlaması ilə bağlıdır. Bu dalğa daha üzunmüddətli və təhlükəli ola bilər.

Məsələ ondan ibarətdir ki, aparıcı dövlətlərin Avropa evinin yükünü çiyinlərində daşımaq imkanları getdikcə daha sürətlə azalır və onlar yaranan çağırışara effektiv cavab verməkdə ləngiyirlər. Fransanın ardınca indiyədək Aİ-nin drayveri sayılan Almaniyada da təbəddülatlar yaşanır, ölkədə iqtisadi-siyasi böhran dərinləşir.

İqtisadi perspektivlər qaranlıqdır

Bu gün Avropanın ümid yeri kimi baxdığı Almaniyada iqtisadi inkişaf templəri zəifləyib. Vəziyyətin son dərəcə ciddi olduğu rəsmi səviyyədə etiraf olunur.  Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı çıxışında şirkətlərin çətin vəziyyətə düşdüyü və iş yerlərinin risk altında olduğu iqtisadi qeyri-müəyyənlikdən bəhs edib və bu baxımdan növbəti federal hökumətin qarşısında böyük vəzifələr durduğunu bildirib.

Eyni zamanda, aparılan rəy sorğularında, ekspert dəyərləndirmələrində iqtisadi gerilləmə prosesinin sürətləndiyinə diqqət çəkilir. “Almaniya iqtisadiyyatı dərin böhran içindədir və yeni il üçün perspektivlər qaranlıqdır”. “Bild” qəzetinin məlumatına görə, bu, Kölndəki Alman İqtisadiyyat İnstitutunun (IW) sənaye müəssisələrinin təmsilçiləri arasında apardığı sorğunun nəticələrində əksini tapıb.

Ötən illə müqayisədə 49 biznes birliyindən 31-i mövcud vəziyyəti daha ağır olaraq dəyərləndirib. Vəziyyətin belə olmasının səbəbi kimi enerji, işçi qüvvəsi və xammal üçün yüksək xərclərlə yanaşı, Almaniyada bürokratiya və siyasi xaosun investisiya qoyuluşunu və rəqabətin qarşısını aldığı da göstərilib.

IW-nin direktoru Mixael Hüther vəziyyətin kritik olduğunu vurğulayıb. “Vəziyyət nadir hallarda bu qədər narahatlıq doğurub. Biz son 100 il ərzində bir sıra böhranlar yaşadıq, lakin onların heç birinin səbəbləri indiki qədər mürəkkəb deyildi”, - deyən M.Hüther böhranın əsas səbəbinin hökumətin yanlış siyasəti olduğunu qeyd edib.

Sorğuda iştirak edən 49 sənaye müəssisəsindən 20-si 2025-ci ildə istehsal həcminin azalacağını proqnozlaşdırıb. Dörd assosiasiya - tökmə zavodları, polad və metal emalı, plastik emalı və poliqrafiya sənayesi dərin tənəzzülə hazırlaşdıqlarını açıqlayıb. Alman İqtisadiyyat İnstitutunun tədqiqatçıları tənəzzülün maşınqayırma, keramika, şüşə, ağac emalı, tekstil, qida və mədən sənayelərində də davam etdiyini bildiriblər. Nisbətən optimist fikirdə olanlar əsasən 16 sahəni, o cümlədən enerji və su sənayesi, həmçinin əczaçılıq, logistika və digər sektorları təmsil edirlər. Sənaye birliklərinin 25-i gələn il iş yerlərinin ixtisar ediləcəyini, yalnız yeddisi artım gözləyir. İş yerlərinin, ilk növbədə, avtomobil və dəmir-polad istehsalı, eləcə də maşınqayırma sənayesində azalacağı gözlənilir.

Bundestaqa yeni seçkilərin vaxtı müəyyənləşib

Müşahidə edilən proseslər fonunda Fransada olduğu kimi, Almaniyada da sağçılar revanş götürüblər.  Ölkədə aparılan sorğular göstərir ki, “Almaniya üçün alternativ” Partiyası son iki il ərzində tərəfdarlarının sayını 10 faizdən 22 faizə yüksəldib. Sözügedən partiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyanın Türingiya vilayətinin parlamentində ən böyük qüvvəyə çevrilib. Almaniyanın şərqindəki Saksoniya federal əyalətində də Landtaqa seçkilərdə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 30,6 faiz, Sara Vaqenknext İttifaqı (BSW) - 11,8 faiz, Sol Partiya - 4,5 faiz səs toplayıb.

Paralel şəkildə, bundestaqda Almaniya kansleri Olaf Şoltsa etimad, bütövlükdə parlamentin buraxılması məsələsi gündəmə gəlib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması barədə qərarı elan edib. O, müvafiq qərarı “Bellevue” sarayında təşkil olunan brifinqdə açıqlayıb. Frank-Valter Ştaynmayer yeni - növbədənkənar seçkilərin 2025-ci il fevralın 23-də keçiriləcəyini bildirib.

Bununla da dövlət başçısı dekabrın 16-da Bundestaqda keçirilmiş etimad səsverməsinin uğursuzluqla nəticələnməsindən sonra kansler Olaf Şoltsun parlamentin buraxılması ilə bağlı müraciətinə uyğun olaraq bu qərarı qəbul edib.

Xatırladaq ki, Sosial Demokrat Partiyası(SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi. Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyasına etimad göstərilməsinə dair məsələ dekabrın 16-da Bundestaqda səsverməyə çıxarılmışdı. Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs vermiş, 116 deputat isə bitərəf qalmışdı. Bundan sonra kansler Olaf Şolts parlamentin buraxılması barədə qərar qəbul etmək üçün federal Prezident Frank-Valter Ştaynmayerə müraciət edib.

Almaniya Konstitusiyasına görə, Bundestaqda hökumətə etimad göstərilmədikdə federal Prezident parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən gec 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Beləliklə, normal təqvimlə 2025-ci il sentyabrın 28-də keçirilməli olan parlament seçkiləri hökumət böhranından sonra SPD və Birlik partiyaları arasında daha əvvəl razılaşdırılmış tarixdə - fevralın 23-də baş tutacaq.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see381

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see372

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see369

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see353

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see310

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see283

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see277

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see270

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see265

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see252

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see245

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see244

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see241

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see239

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see231

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see230

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see212

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see211

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri