Icma.az
close
up
RU
“Bunlar hamısı optimist bir gələcəkdən xəbər verir”

“Bunlar hamısı optimist bir gələcəkdən xəbər verir”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərdiyi dövrdə ölkələr arasında inteqrasiya proseslərinin və əlaqələrin gücləndirilməsinə mühüm töhfə verib. Təşkilata daxil olan ölkələr arasında münasibətlər artıq bir çox istiqamətlərdə inkişaf etməkdədir. Bu münasibətlər dövlət, cəmiyyət həyatının bütün sahələrini əhatə etməkdədir”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O.Qasımov TDT-nin 2040-cı il üçün planlarının müəyyənləşdiyini bildirərək əlavə edib ki, bütün bunlar hamısı optimist bir gələcəkdən xəbər verir: “Amma bununla yanaşı, hesab edirəm ki, TDT bu əlaqələri qurarkən özlərinin potensialından hələki tam istifadə etməyib. Bu potensial kifayət qədər böyükdür. Bu ölkələrin iqtisadi potensialları gələcəkdə ticarət dövriyyəsini qat-qat artırmağa imkan verə bilər. TDT-nin ölkələri arasında hazırkı ticarət dövriyyəsi 15 milyard dollar təşkil edir. Bu da qeyd olunan potensial qarşısında çox kiçik rəqəm sayıla bilər. Nəzərə alsaq ki, Türkiyə özünün müasir sənayesi, xüsusilə müdafiə sənayesi sektoru və iqtisadiyyatın digər sahələrində aparıcı ölkələrdən biri sayılır, Böyük 20-nin sırasına daxil olan ölkədir və son illər xüsusilə hərbi sənaye sahəsində çox ciddi uğurlara imza atılıb. Bundan başqa Azərbaycan və Orta Asiya cümhuriyyətləri olduqca böyük insan potensialı, gənc və dinamik əhali tərkibinə, o cümlədən təhsili mənimsəmiş və elmi səviyyəsi kifayət qədər yüksək olan bir əhaliyə malikdir. Bu resurs həm də gələcəyə təminat deməkdir”.

Politoloqun sözlərinə görə, TDT-nin yerləşdiyi strateji coğrafiya baxımından imkanları kifayət qədər böyükdür: “Bu coğrafiyadakı yeraltı zənginliklər və gələcək iqtisadi planların gerçəkləşməsi qarşılıqlı olaraq ticarət dövriyyəsinin də genişlənməsinə gətirə bilər. Doğrudan da bu gün bu ölkələr arasındakı ticarət dövriyyəsi TDT-nin dövlətlərinin malik olduğu potensialı əks etdirmir. Ciddi şəkildə iqtisadi sahədə ticarət dövriyyəsinin dəfələrlə artırılmasına ehtiyac və potensial var”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri