Icma.az
close
up
RU
Bunlar uşaqların gələcək inkişafına mənfi təsir göstərir Kamran Əsədov

Bunlar uşaqların gələcək inkişafına mənfi təsir göstərir Kamran Əsədov

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sosial imkanları aşağı olan ailələr çox vaxt övladlarının təhsili ilə bağlı narahatlıq keçirir. Bu səbəbdən bəzi bölgələrdə valideynlər təhsilin onlara böyük maliyyə yükü yaradacağını düşündükləri üçün övladlarını 8-10-cu siniflərdən etibarən məktəbdən çıxararaq işləməyə məcbur edirlər”.

“Sosial-iqtisadi vəziyyəti zəif olan ailələrdə valideynlərin övladlarının təhsili ilə bağlı narahatlıqları, xüsusilə də təhsil xərclərinin yüksək olması düşüncəsi, bəzi hallarda uşaqların məktəbdən erkən yaşlarda çıxarılaraq əmək fəaliyyətinə cəlb edilməsinə səbəb olur. Bu problem, xüsusilə Azərbaycanın bəzi bölgələrində daha qabarıq şəkildə müşahidə edilir və uşaqların gələcək inkişafına mənfi təsir göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil eksperti qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyi uşaqların təhsil hüquqlarını qoruyur və onların təhsildən yayındırılmasını qadağan edir.

““Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsində qeyd olunur ki, “Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır”. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir” müddəası təsbit edilmişdir. Bu qanunlar uşaqların təhsil hüquqlarını təmin etsə də, sosial-iqtisadi çətinliklər bəzi ailələrin övladlarını təhsildən yayındırmasına səbəb olur. Bu problemin həlli üçün bir sıra təhsil siyasətləri və proqramlar tətbiq edilə bilər. Əvvəla, sosial-iqtisadi vəziyyəti zəif olan ailələrin övladlarına maddi dəstək proqramları həyata keçirilməlidir. Bu, təhsil xərclərinin azaldılması və ailələrin maddi yükünün yüngülləşdirilməsi məqsədi daşıyır. Məsələn, məktəb ləvazimatlarının, geyimlərin və nəqliyyat xərclərinin dövlət tərəfindən qarşılanması kimi tədbirlər ailələrin övladlarını təhsildə saxlama motivasiyasını artırar. Bundan əlavə, peşə təhsili proqramlarının genişləndirilməsi də effektiv ola bilər. Peşə təhsili, xüsusilə 8-10-cu sinif şagirdləri üçün praktik bacarıqların əldə edilməsinə imkan yaradır və onların gələcəkdə əmək bazarına inteqrasiyasını asanlaşdırır. Bu cür proqramlar, həmçinin, ailələrin övladlarının təhsilinə sərf etdikləri vaxtın səmərəliliyini artıraraq, onların erkən yaşlarda əmək fəaliyyətinə cəlb edilməsinin qarşısını ala bilər”.

Təhsil ekspertinin sözlərinə görə, vaideynlərin maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

“Valideynlərə təhsilin uzunmüddətli faydaları və övladlarının gələcəkdə daha yaxşı həyat şəraitinə sahib olmaları üçün təhsilin vacibliyi barədə məlumat verilməlidir. Bu məqsədlə, icma əsaslı seminarlar, təlimlər və məlumatlandırma kampaniyaları təşkil edilə bilər. Dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrdə sosial-iqtisadi vəziyyəti zəif olan ailələrin övladlarının təhsil imkanlarının artırılması üçün müxtəlif proqramlar həyata keçirilir. Məsələn, Braziliyada “Bolsa Família” proqramı çərçivəsində ailələrə şərtli nağd yardımlar verilir və bu yardımların davam etməsi üçün uşaqların məktəbə davamiyyəti tələb olunur. Bu cür proqramlar, ailələrin maddi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, uşaqların təhsildən yayındırılmasının qarşısını alır və onların təhsil səviyyəsinin yüksəldilməsinə töhfə verir”.

“Nəticə etibarilə, sosial-iqtisadi vəziyyəti zəif olan ailələrin övladlarının təhsil imkanlarının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Maddi dəstək proqramları, peşə təhsili imkanlarının genişləndirilməsi və valideynlərin maarifləndirilməsi kimi tədbirlər uşaqların təhsildən yayındırılmasının qarşısını alaraq, onların gələcəkdə cəmiyyətə faydalı vətəndaşlar kimi yetişməsinə şəraity aradar”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 05 Fevral 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see200

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see190

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see132

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see115

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see112

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri