Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Kamran Əsədov: Keyfiyyətsiz təhsilin maliyyələşdirilməsinin önəmi yoxdur

Kamran Əsədov: Keyfiyyətsiz təhsilin maliyyələşdirilməsinin önəmi yoxdur

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aktual layihələr icra edilməyib, ayrılan cüzi vəsaitlər də qeyri-peşəkarlıqla xərclənib, israf edilib.



  “Təhsil Tələbə Krediti Fondu (TTKF) bu günə kimi kredit götürən və təhsillərini uğurla başa vuran məzunların 433.000 AZN məbləğində ödənişini bağışlayıb".


“Sherg.az” xəbər verir ki, bu barədə ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov  sosial media hesabında məlumat verib. 


Təhsil eksperti, dosent İlham Əhmədov isə  qeyd edib ki, "Təhsil Tələbə Kredit Fondu"nun  yaradılması yaxşı təşəbbüsdür, lakin yaxşı olardı ki, tələbələr ödənilən təhsil haqqına uyğun olaraq keyfiyyətli, müasir tələblərə cavab verən ali təhsil  ala bilərdilər: 

“Ölkənin ali təhsil sistemi elə durumdadır ki,  universitetlər istəsə də, müasir tələblər səviyyəsində keyfiyyətli ali təhsil verə bilməzlər.  Bu durumun əsas səbəbi ali təhsil sistemində aparılan yarımçıq islahatlardır.  DQQİ, MİQ, sertifikasiya və sair imtahanlar bunu aydın göstərir. Yəni kvadratın sahəsini tapa bilməyənlər təkcə müəllimlər deyil, belə "məzunlar" bütün ixtisaslar üzrə var. 

  Son 30 il ərzində ali təhsilin dinamik inkişafı, yeni məzmunun yaradılması, müasir tədris metodik təminatın yaradılması, müəllimlərin fasiləsiz təkmilləşdimə sisteminin qurulması və keyfiyyətin təminatı istiqamətində islahatlar üçün  zəruri investisiyalar, aktual layihələr icra edilməyib, ayrılan cüzi vəsaitlər də səmərəsiz və qeyri-peşəkarlıqla xərclənib, yəni israf edilib. Deməli, Təhsil Tələbə Krediti təşəbbüsü nəticədə tələbələrə keyfiyyətsiz təhsili maliyyələşdirməyə, arxasında bilik və səriştələr olmayan diplom əldə etməyə,  onları gələcəyin qeyri-müəyyən məşğulluq perspektivi müqabilində  işsizlik və ya  uzunmüddətli kredit borcuna düşməsinə səbəb olur. Bu vəziyyət ETN-i düşünməyə, illərlə yığılan problemləri nəhayət ki, həll etməyə sövq etməlidir”.

 Kamran Əsədov da öz növbəsində TTKF-nin bu addımının səbəbini akademik göstəricilərini yüksək səviyyədə qoruyan və təhsil həyatında müvəffəqiyyət qazanan tələbələrin təşviq olunması ilə əlaqələndirib: 

"Bu, həm təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, həm də sosial ədalətin təmin edilməsinə yönəlmiş bir təşəbbüsdür. Qaydalarda da  göstərilib, oxuduğu müddətdə qiymətləri 91 baldan yüksək olanlara götürdükləri təhsil haqqı krediti bağışlanır. Yaxşı oxuyan və əlaçı olan tələbələrin krediti bağışlanılıb".

  K.Əsədovun sözlərinə görə,  TTKF-nin bağışlama siyasəti təhsildə mükəmməllik prinsipinə əsaslanır:

 "Yəni kreditlə təhsil almaq imkanı əldə edən tələbələrdən yüksək akademik nailiyyətlər əldə edənlər xüsusi təşviq olunurlar. Təhsil prosesində göstərilən səy və fədakarlıq maliyyə yükünün bir hissəsinin üzərindən götürülməsi ilə mükafatlandırılır. Bu yanaşma tələbələri motivasiya etməklə yanaşı, onların təhsil müddətində daha məsuliyyətli və məqsədyönlü olmalarına səbəb olur".  Mərkəz direktoru həmçinin bildirib ki, burada fondun əsas məqsədi ölkədə təhsil imkanlarını genişləndirmək və maliyyə çətinlikləri səbəbindən təhsil almaqda çətinlik çəkən tələbələr üçün dəstək yaratmaqdır: "Kreditlərin bağışlanılması isə yalnız maliyyə yardımı deyil, həm də tələbələrin gələcək həyatlarına olan inamını artırmaq üçün simvolik bir jestdir. Bu addım yüksək nəticələr göstərən tələbələrin gələcəkdə daha rahat şəkildə karyera qurmasına imkan yaradır. Sosial ədalət və bərabər imkan prinsiplərini rəhbər tutaraq həyata keçirilən bu təşəbbüs təhsilin əlçatanlığını artırmaq məqsədini güdür. Kredit borcunun bağışlanılması ilə tələbələr təhsil sonrası maliyyə yükündən azad edilir və bu, onların iş həyatına daha güclü şəkildə başlamasına şərait yaradır. Bu da cəmiyyətə uzunmüddətli müsbət təsir göstərir, çünki yüksək təhsilli və motivasiyalı məzunlar əmək bazarının inkişafında mühüm rol oynayırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri