Bünövrədən mənzil almağın üstünlükləri və riskləri NƏLƏRDİR ? EKSPERT DANIŞDI
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Daşınmaz əmlak bazarında bünövrədən mənzil almaq məsələsi alıcılar üçün həm cəlbedici imkanlar, həm də diqqət tələb edən risklər yaradır". Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Anar Nəsirov deyib.
Onun sözlərinə görə, bu qərarı verərkən tikinti şirkətinin reputasiyası, layihənin icra mexanizmi, maliyyə təminatı və dövlət qeydiyyatı kimi amillər ciddi şəkildə araşdırılmalıdır: "Erkən mərhələdə mənzil almağın ən böyük üstünlüyü qiymətin aşağı olmasıdır. Tikinti prosesində kvadratmetr dəyəri mərhələli şəkildə artdığı üçün alıcı həm qənaət edir, həm də gələcəkdə mənzilin bazar qiyməti yüksələndə əlavə qazanc əldə edə bilər. Digər bir üstünlük seçim imkanının geniş olmasıdır: mərtəbə, istiqamət, otaq sayı və planlaşdırma baxımından alıcı daha sərbəst qərar verir. Bununla yanaşı, bünövrədən mənzil almaq müəyyən risklər də yaradır. Tikintinin gecikməsi, şirkətin maliyyə çətinliyə düşməsi və ya layihənin sənədləşmə mərhələsində problemlərin ortaya çıxması alıcı üçün narahatlıq yarada bilər. Buna görə də alıcı ilk növbədə şirkətin əvvəlki layihələrinə, təhvil tarixlərinə, tikinti izi və mülkiyyət sənədlərinin qaydasında olmasına diqqət yetirməlidir. Sığorta mexanizmləri, müqavilədə hüquqi təminatlar və dövlət reyestrində qeydiyyat bu riskləri minimuma endirən əsas faktorlardır.
Bünövrədən mənzil almaq düzgün araşdırma aparıldığı halda həm sərfəli investisiya, həm də gələcək üçün ağıllı seçim ola bilər. Lakin bu proses emosional deyil, faktlara əsaslanan qərarla həyata keçirilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















