Icma.az
close
up
RU
Rəqəmsal ödənişlər sisteminin şəffaflıq və riskləri nələrdir? EKSPERT DANIŞDI

Rəqəmsal ödənişlər sisteminin şəffaflıq və riskləri nələrdir? EKSPERT DANIŞDI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

”İqtisadi baxımdan rəqəmsal ödəniş sistemləri ilk növbədə maliyyə dövriyyəsinin şəffaflığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mexanizmlər nağdsız hesablaşmaların genişlənməsinə, kölgə iqtisadiyyatının daralmasına və maliyyə axınlarının daha effektiv nəzarət altına alınmasına imkan yaradır” . Bu sözləri SİA- ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib. Onun sözlərinə görə, rəqəmsal ödənişlərin yayılması yalnız müsbət nəticələrlə məhdudlaşmır; risk amili bu sahədə daim mövcud olan və diqqət tələb edən əsas problemlərdən biridir:

“Mövcud risklərin əsas mənbəyi texnoloji sistemlərin özündən çox, istifadəçi davranışları ilə bağlıdır. Xüsusilə maliyyə savadlılığının yetərli səviyyədə olmaması və ya gündəlik əməliyyatlarda diqqətsizlik rəqəmsal fırıldaqçılıq hallarının artmasına zəmin yaradır. Bu kontekstdə fərdi məlumatların qorunması məsələsi rəqəmsal ödəniş təhlükəsizliyinin əsas sütunlarından biri kimi çıxış edir.

Elmi yanaşma göstərir ki, vətəndaşların şəxsi kart məlumatlarını, giriş şifrələrini və birdəfəlik təsdiq kodlarını üçüncü şəxslərlə paylaşması maliyyə təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Xüsusilə onlayn ticarət platformalarında aparılan əməliyyatlar zamanı əsas bank kartları əvəzinə limitli və ya virtual kartlardan istifadə edilməsi risklərin minimuma endirilməsi baxımından daha məqsədəuyğun hesab olunur.

Bundan əlavə, sosial mühəndislik üsulları ilə həyata keçirilən dələduzluq halları , yəni bankların və ya müxtəlif rəsmi qurumların adından edilən zənglər, mesajlar və elektron məktublar , rəqəmsal təhlükəsizliyə ciddi təhdid yaradır. Bu cür hallarda vətəndaşların xüsusilə təsdiq kodu tələb edən şəxslərə etibar etməməsi və birbaşa müvafiq bank və ya qurumla rəsmi əlaqə kanalları vasitəsilə əlaqə saxlaması zəruridir.

Rəqəmsal ödənişlərin iqtisadi səmərəliliyi onların texnoloji üstünlüklərindən daha çox, cəmiyyətin maliyyə savadlılığı səviyyəsindən asılıdır. Effektiv və təhlükəsiz rəqəmsal maliyyə mühiti yalnız texniki infrastrukturun deyil, eyni zamanda məlumatlı və məsuliyyətli istifadəçi davranışlarının formalaşdırılması ilə mümkün ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:390
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri