Icma.az
close
up
RU
“Bunu Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk”

“Bunu Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb.

“Qafqazinfo” “Report”a istinadən bəyanatın tam mətnini təqdim edir:

“Biz – “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi - “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk.

Fransa mediasının məlumatlarınagörə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır.

Fransa mediasının araşdırmaları göstərir ki, urantərkibli radioaktiv tullantıların Ermənistana ixrac edilməsi bu ilin fevralında Parisdə Makron-Paşinyan görüşündə razılaşdırılıb, ardınca Paşinyanın arvadı Anna Ankopyanın “Mənim Addımım” Fondunun hesabına bu sövdələşmənin mükafatı olaraq, fransız şirkətindən böyük məbləğdə şübhəli ianələr daxil olub.

Nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını daha da böyüdür.

18 Atom Elektrik Stansiyasında 56 nüvə reaktoruna malik Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması bütün dünyanı, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi narahat etməlidir.

Biz Ermənistanın ekoloji təşkilatlarını da bu ekoloji terroru dayandırmaq üçün ayağa qalxmağa çağırırıq. Fransa-Ermənistan cütlüyünün Espoo Konvensiyasının, Biomüxtəlifliyin Qorunması haqqında Konvensiyanın, Transsərhəd Su Resurslarının İstifadəsi və Qorunması haqqında Helsinki Konvensiyasının tələblərinə meydan oxumasına son qoyulmalıdır.

Ermənistan hakimiyyəti Fransa mediasında yayılmış məlumatları guya “dezinformasiya” adlandırsa da, faktı yerində yoxlamağa imkan vermir.

Biz - “Environmental Protection First (EPF)” Koalisiyası olaraq, baş nazir Nikol Paşinyanı Azərbaycan QHT-lərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və digər beynəlxalq təşkilatların nümayəndələri ilə birgə Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə radiaktiv tullantılarla əlaqədar monitorinq aparmağa şərait yaratmağa çağırırıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyun 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see166

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see151

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see136

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see133

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see129

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see123

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see123

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see121

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see119

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see116

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see116

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri