Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək Dunda
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əgər Ukrayna noyabr–dekabr aylarında Rusiyanın qaz kompressor stansiyalarına zərbələr endirərsə, yanvar ayından etibarən Moskva və Sankt-Peterburqda yaşamaq demək olar ki, mümkünsüz olacaq.
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı deputat Oleq Dunda deyib.
"Rusiyada elektrik enerjisi istehsalının təxminən 40 faizi təbii qazın yandırılması hesabınadır. Faktiki olaraq onlar təkcə qaz ixracından əldə olunan gəlirlərdən deyil, həm də Rusiyanın Avropa hissəsinin bütün həyati fəaliyyəti birbaşa qazdan asılıdır. Milyonlarla əhalisi olan şəhərlərə Urengoy və Yamaldan qazın çatdırılması magistral qaz kəmərləri vasitəsilə həyata keçirilir", – deyə o bildirib.
Dundanın sözlərinə görə, bu magistral qaz kəmərlərinin fəaliyyəti əsasən bir-birindən təxminən 120–150 kilometr məsafədə yerləşən kompressor stansiyalarından asılıdır və həmin stansiyalar zərbələrə qarşı kifayət qədər həssasdırlar:
"Noyabr və ya dekabr aylarında hazırda “Wildberries” obyektlərinə endirdiyimizə bənzər zərbələr qaz kompressor stansiyalarına endirilməyə başlasa, faktiki olaraq yanvar ayında Moskva və Sankt-Peterburqda ayılar gəzəcək. Çünki orada yaşamaq demək olar ki, mümkünsüz olacaq. Bu, Rusiyanın müharibədəki vəziyyətini köklü şəkildə dəyişə və onun tam məğlubiyyətinə gətirib çıxara biləcək kritik nöqtədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Avqust 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















