Icma.az
close
up
RU
Bunu görən Rusiya əsgərləri təslim olur: Cəbhədə yeni “Kabus“

Bunu görən Rusiya əsgərləri təslim olur: Cəbhədə yeni “Kabus“

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna cəbhə xəttində yerüstü döyüş robotlarının sayını sürətlə artırır və onlara getdikcə daha təhlükəli tapşırıqlar həvalə edir. Pilotsuz platformalar sursat çatdırır, yaralıları təxliyə edir, minalar basdırır və Rusiya qoşunlarının mövqelərinə hücum edir.

Bu barədə "Business Insider" nəşri məlumat yayıb.

Qeyd olunur ki, sıx mina sahələri, artilleriya atəşləri və dronların kütləvi tətbiqi səbəbindən ön xəttə yüklərin çatdırılması ən riskli missiyalardan birinə çevrilib.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) 59-cu əlahiddə hücum briqadasının taqım komandiri Andrey Kuşnerov vəziyyəti belə şərh edib:

"Əgər bu cür yükləri çatdırmaq üçün insan göndərirsinizsə, onun öldürülmə ehtimalı olduqca yüksəkdir".

Məhz bu səbəbdən Ukrayna ordusu sursat, ərzaq çatdırılması və yaralıların təxliyəsi üçün getdikcə daha çox yerüstü pilotsuz platformalardan istifadə edir.

Bu növ sistemlərin istehsalçılarından biri də Ukraynanın "Ratel Robotics" şirkətidir. Şirkətin baş direktoru Taras Ostapçukun sözlərinə görə, müəssisənin 2023-cü ilin sonlarında hazırladığı ilk robot, əslində, düşmən hədəflərinə zərbə vurmaq üçün tank əleyhinə minalarla təchiz olunmuş özüyeriyən platforma olub.

Bu gün isə müəssisə hər ay yüzlərlə yerüstü pilotsuz aparat istehsal edir. Robotların qiyməti ölçüsündən və funksiyalarından asılı olaraq 2 min dollardan 40 min dollara qədər dəyişir. Müasir platformalar yüzlərlə kiloqram yük daşıya, yaralıları təxliyə edə, minalar quraşdıra, FPV-dronları işə sala və birbaşa hücum missiyalarını yerinə yetirə bilir.

Nəşrin əldə etdiyi məlumatlara görə, 2026-cı ilin birinci yarısında Ukrayna 25 min yerüstü robot sifariş edib ki, bu da bütün 2025-ci illə müqayisədə iki dəfə çoxdur. İlin sonuna qədər isə bu növ maşınların istehsalının 50 minə çatdırılması planlaşdırılır.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bəyan edib ki, ilin əvvəlindən bəri Ukrayna istehsalı olan robotlar 50 mindən çox missiyanı uğurla yerinə yetirib.

Dövlət platforması olan "Brave1"in baş direktoru Andrey Qritsenyukun sözlərinə görə, hazırda Ukraynada 550-dən çox yerüstü robot modeli yaradan 280-ə yaxın istehsalçı fəaliyyət göstərir.

"Biz əsgərlərimizin həyatını riskə atmamalıyıq. Dronlarla əvəzlənməsi mümkün olan hər şeyi dronlarla əvəz edirik", - deyə Qritsenyuk vurğulayıb.

Bununla belə, hətta ən müasir texnikalar belə döyüş meydanında həssas olaraq qalır. Kuşnerovun dediyinə görə, cəbhə xəttinə yaxın ərazilərdə yerüstü robot adətən yalnız 5-10 missiyaya dözür. Lakin bir əsgərin həyatını xilas etmək xatirinə Ukrayna bu cür texniki itkiləri gözə almağa tam hazırdır.

Texnikanın davamlılığını artırmaq üçün istehsalçılar artıq onlara qəlpə əleyhinə zirehlər quraşdırmağa başlayıblar, həmçinin FPV-dronlardan qorunma sistemləri üzərində işləyirlər. Ukrayna hərbçiləri hesab edirlər ki, ucuz pilotsuz sistemlərin kütləvi tətbiqi müharibənin xarakterini kökündən dəyişir.

"Kraken" alayının pilotsuz sistemlər bölüyünün "Qrek" ləqəbli komandiri qeyd edib ki, robotlar ordunun "operativ dözümlülüyünü" artırır, çünki onlar yorulmur və insanlar üçün riskin həddindən az qala qeyri-mümkün olduğu yerlərdə işləyə bilirlər.

Ekspertlər vurğulayırlar ki, Ukrayna təcrübəsi digər ölkələr üçün mühüm dərs ola bilər. Gələcək müharibələrin taleyini təkcə bahalı, yüksək texnologiyalı sistemlər deyil, həm də döyüşdə itirildiyi halda asanlıqla əvəzlənə bilən, nisbətən ucuz və kütləvi şəkildə istehsal olunan robotlaşdırılmış platformalar müəyyən edəcək.

Qeyd edək ki, hazırda cəbhədəki Ukrayna yerüstü robot qüvvələri logistik tapşırıqların az qala yarısını öz üzərinə götürür, yaralıları təxliyə edir, hətta Rusiya ordusunun əsgərlərini əsir götürür. 32-ci "Polad" briqadasının "Vedmak" ləqəbli zabiti isə robotlardan ibarət unikal bölük yaradıb. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri