Bunun qarşısı qətiyyətlə alınacaq DTX rəisi
Icma.az bildirir, Axar.az portalına istinadən.
Ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından Dövlət Təhlükəsizliyi Xidməti səmərəli fəaliyyət göstərib.
Axar.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.
O, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb.
Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















