“Bunun üçün bütün gücümüzü səfərbər etmişik” Faiq Hacıyev
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Futbolda sona qədər gözləmək lazımdır ki, boşluq olan kimi ondan yararlanasan. Bizim də fərqləndiyimiz epizod həmin anlardan biri idi”.
Bunu İdmanxeber.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib. 26 yaşlı müdafiəçi səfərdə “Neftçi” üzərində (1:0) qazanılan qələbəni də dəyərləndirib:
“Çox gərgin oyun keçdi. Son saniyəyə qədər mübarizə apardıq. Erkən qol müdafiədə daha diqqətli olmağımıza və qələbə qazanmamıza səbəb oldu. Hər kəsə, xüsusilə də azarkeşlərə təşəkkür edirəm. Stadionumuz təmirdə olmasına baxmayaraq, bizi yalnız buraxmırlar. Onlar sayəsində səfərdə olduğumuzu unuduruq. İnşallah, növbəti qarşılaşmalarda da bu dəstəyin davamını görüb, qələbələr qazanaraq turnir cədvəlinin yuxarı pillələrində yer alarıq”.
Hacıyev komandanın hücum xətti barədə də danışıb:
“Bəli, son üç oyunda hər birində yalnız bir qol vurmuşuq. Bunun üzərində işləyirik ki, daha çox qollar vuraq. Amma əsas olan qələbədir. Bunun üçün bütün gücümüzü səfərbər etmişik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















