Bura müharibə zonasına çevrilir: Türkiyə və Azərbaycana yeni təhlükə var Ağar detalları açıqlayır
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə səmasında artıq üçüncü naməlum PUA vurulub. Bu, ölkə ictimaiyyətində böyük narahatlıq yaradıb. Beynəlxalq sərnişin və yük daşınmalarının həyata keçirildiyi Qara dənizin müharibə zonasına çevrilməsi qorxusu var. Nəzarətdən çıxmış PUA-ların təyyarələrlə toqquşması riski mövcuddur.
Mövzunu Globalinfo.az-a şərh edən türkiyəli hərbi ekspert, general Abdullah Ağar bildirib ki, hazırda müharibənin Mərkəzi Avropa və Baltik dənizinə yayılmasının qarşısı alınaraq onu Qara dənizə sıçratmaqla Türkiyədən münaqişədə vasitəçi və ya qoruyucu dövlət kimi istifadə olunur:
“Ukrayna müharibəsi Türkiyənin müharibəsi deyil. Münaqişə NATO-dan öz maraqları üçün istifadə edən, yaxud da istifadə etmək istəyən Avropa və Britaniya ilə Rusiya arasındadır. Türkiyəyə birbaşa hücum yoxdur. Lakin Türkiyənin “qərar qəbuletmə alqoritmi, iradəsi və qabiliyyəti” sahədən müşahidə olunur. Bir neçə gün öncə Türkiyə hava məkanına daxil olan naməlum PUA F-16-larımız tərəfindən vuruldu. Daha sonra İzmitdə qəzaya uğrayan Rusiyanın Orlan-10 PUA-sı və Balıkesir Manyas-Susurluk bölgəsində hava məkanımıza daxil olan ilk xarici istehsallı Orlan-10E PUA-sı diqqət çəkdi. Bu ardıcıl insidentlər təsadüf ehtimalını zəiflədir. Bu, “təsadüf” deyil, eyni zamanda “müharibənin başlanğıcı” da deyil. Türkiyənin sinir uclarına yumşaq toxunmaq üçün keçirilən bir əməliyyatdır. Bu toxunuşlara verilən hər bir reaksiya növbəti mərhələnin yönünü müəyyən edəcək”.
Abdullah Ağar
Hərbi ekspert müharibənin dənizlərə daşınmasının riskləri barədə bildirib ki, Türkiyə və Azərbaycan bu üç dənizdə böyük təzyiqlə üzləşir:
“Aralıq dənizində maye qaz, neft, boru kəmərləri, elektrik enerjisi, enerji resursları var. Qara dənizdə Rusiya-Ukrayna taxıl-enerji tranziti, NATO-Rusiya təmas xətti var. Şərqi Avropa-Baltik cəbhəsindəki gərginliyin və müharibənin Qara dənizə, Balkanlara və Türkiyəyə daşınması baxımdan risklər mövcuddur.
Xəzər dənizi hövzəsinə gəlincə, Qarabağ müharibəsindən sonra Zəngəzur və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı böyük qarşıdurma və gərginlik davam etməkdədir. ABŞ Cənubi Qafqaza daxil olur, Rusiya buradan çıxmır, Çin əks tədbirlər görür. İran isə çox gərgindir. Buna görə Xəzər dənizində də risk amili çox yüksəkdir”.
Qeyd edək ki, Qara dənizdə üç Rusiya neft tankerinin hədəfə alınmasından sonra Kiyev Aralıq dənizində Liviya sahillərində bir Rusiya tankerini vurduğunu açıqlayıb. Ukrayna Xəzər dənizində Rusiyanın Lukoil platformasına PUA-larla zərbə endirib. Rusiya Qara dənizdə Ukraynanın Odessa limanına İskəndər-M raketləri ilə hücum edib.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















