Icma.az
close
up
RU
Burada çimərlik geyimində suya girmək qadağandır Maldivdən reportaj

Burada çimərlik geyimində suya girmək qadağandır Maldivdən reportaj

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qışda yayı yaşamağı çox sevirəm. Elə buna görə də mənim səyahət seçimim qışda isti ölkələr olur. Bu dəfə isə Maldiv adalarını seçdim. Mən "Maldiv bal ayı üçündür, tək darıxarsan" deyənlərə heç önəm vermədim. Çünki mənim üçün səyahətin təki, cütü yoxdur. Əsas sən beynində dincəlməyə yönələsən. 

Əvvəl onu deyim ki, Maldiv səfərim bu ölkə ilə bağlı bütün bildiklərimi, düşüncələrimi dəyişdirdi. Maldiv müsəlman ölkəsidir, bütün qadınları hicabda gəzir. Hər adada məscid var və Azan səslənir. Qidalar halaldır, spirtli içki satışı qadağandır. Spirtli içkilər yalnız bəzi böyük otellərin barlarında verilir. 

Bunu etdiyim üçün polislər gəldi

İstədiyin yerdə çimib, günəş vannası qəbul edəcəyini düşünmə. Hər adada "bikini beach" yazılan çimərlik var. Yalnız bu yazı olan yerdə çimə, sahildə uzana bilərsən. Əks halda yerli sakinlər polisə şikayət edirlər. Və gözləmədiyin anda polislərin ətrafını bürüdüyünü görəcəksən. Elə mənim də başıma bu gəldi. Maledə otelim düz okean sahilində idi.

Əslində, sahilə düşəndə heç kimin çimərlik geyimində olmaması mənə şübhəli gəldi. Sonra "Yəqin günün birinci yarısında üzüblər, indi dincəlirlər" deyə, düşündüm. Beləcə, çimərlik geyimində suya girdim, daha sonra qumda uzanıb günəş vannası qəbul etmək istəyirdim ki, biri xanım olmaqla üç polisin mənə tərəf gəldiyini gördüm. 

- Polis əməkdaşı nəzakətlə: "Zəhmət olmasa, paltarınızı geyinin, burada çimərlik geyimi qadağandır. Yerli sakinlər şikayət edəcəklər".

- Mən: "Bəs burada "bikini beach yoxdur?".

- Xanım polis: "Yox, Maledə bu, qadağandır. Heç bir yerdə çimərlik geyiminə icazə yoxdur. Əgər suya girmək istəyirsinizsə, paltarınızı geyinib girin. Başqa cür mümkün deyil. Ya da adalara gedin".

Sonra isə üzr istəyib, oradan uzaqlaşdılar. 

Az keçmədi, bir rus xanım mənə yaxınlaşıb, necə qaraldığımı soruşdu. O da adaya gəlib, bu cür halla rastlaşmışdı. Hətta Maldivə gəldiyi gündən bu cür halla rastlaşdığı üçün ağladığını dedi. Ona da digər adalara getməsini məsləhət gördüm...

Maldivə gedərkən viza lazım olmur. Tək tələb dönüş bileti və ölkəyə girmədən onlayn doldurmalı olduğunuz siyahıdır. Burada qalacağınız otellər, gün sayı, çıxış tarixi olmalıdır. Dönüş biletini mütləq göstərməlisiniz. 

Birbaşa uçuşlar baha görünə bilər. Bunun üçün Bakı-Abu-Dabi-Male reysindən istifadə edə bilərsiniz. Kiçik hava limanı var. Hava limanından çıxıb birbaşa mavi okeanı görürsünüz.

Maldivə gedərkən niyə darıxırlar?

1200-dən çox kiçik adadan ibarət olan bu ölkə sizə internetdən gördüyünüz fotoşoplu şəkillərin gerçək olduğunu göstərəcək. Maldiv - okeanın qoynunda gizlənmiş bir cənnət parçasıdır. Sakitliyin, dənizlə səmadakı sonsuzluğun birləşdiyi bu möcüzəvi adalar insanın ruhunu dinləndirir, qəlbini rahatlıqla doldurur. Ağ qumlu sahillər, şəffaf turkuaz dəniz, palma ağaclarının kölgəsində səssiz sakitlik...  Çox sayda turist isə bura gedəndə yalnız bir adadan ibarət olan resortlarda qalmağı seçir.

Mənim üçün Maldiv bir kiçik adada qalmaqdan və oranı görməkdən ibarət olmadı.

Öncə səyahət planıma Quli adasından başladım. Bura kiçik, daha çox yerli sakinlərin yaşadığı, sadə otellərin olduğu bir adadır. Cəmi 3-4 restoran var ki, onlar da dəbdəbədən uzaqdır. Otelləri balacadır, resort formasında deyil. Adanın bir başında dursan, o biri başını görürsən. Bir neçə dəqiqəyə bütün adanı gəzib qurtara bilərsiniz. Amma Maldivdə ən təmiz su, çimərlik və narın qum buradadır. Su o qədər şəffaf idi ki, balıqları yerindən durmadan görə bilirdin.

Qiymətlər çox ucuzdur. 9 dollara həm yemək yeyə, həm də təbii meyvə şirəsi içə bilərsiniz. Adaya gedərkən otellər özləri botla transfer edir. Bu isə 25 dollardır. Bu ada 3 gün qalmağı planlaşdırdım. Adanın hər yerində "burada bikinidə gəzməyin" sözü yazılan plakat görəcəksiniz. 

Axşamlar başqa bir aləm idi. Gün batımı zamanı dəniz qızılıya bürünürdü. Yerli camaat sahilə toplaşır və köpək balıqlarını izləyirdi. Çünki onlar axşam sahilə yaxınlaşırdılar. 

Adada çox qalsanız, darıxarsınız. Çünki burada əyləncə yoxdur, insanlar gün batandan sonra evlərinə çəkilir. Səhər isə saat 5-dən oyanırlar. Bütün günü çimərlikdə çimirlər, axşam isə sahilə yığışıb dənizə baxırlar.

Əyləncə, böyük mağazalar buradadır

Növbəti səfərim Maafuşi adası oldu. Maafuşi  Maldivlərin ən məşhur yerli adalarından biridir və Male şəhərindən təxminən 27 kilometr uzaqdadır. Buraya sürətli qayıqla təxminən 30 dəqiqəyə çatmaq olur. Ən maraqlısı isə odur ki, bu ada Maldivlərdə həm təbiət gözəlliyini, həm də daha münasib büdcəli tətil imkanını təqdim edən nadir yerlərdən biridir.

Otellər özü transfer xidməti göstərir. Mafuşi daha böyük, turist dolu idi. Böyük otellər, əyləncəli və fərqli restoranlar var idi. Burada çimərlik bir az çirkli idi. Amma yenə də o gözəl mavi rəngini itirmirdi. Mafuşi həm də adaya xas olan əşyalar almağınız üçün əla yerdir. Böyük marketlər, fərqli mağazalar var. 

Snorklinq, dalğıc, balıq ovu, delfin turları və gün batımı kruizləri – hər gün fərqli bir macəra yaşamaq mümkündür. Xüsusilə sualtı həyat – rəngarəng balıqlar, mərcan rifləri və bənzərsiz mənzərələrlə doludur. 

Maldiv səfərində əlbəttə, okenanın ortasına doğru uzanan evlərdə qalmaq, kərtənkələlərin hər yerdə gəzişdiyi məşhur resortların olduğu adaları da görmək lazımdır. Mən bir günümü məhz buna ayrıdım.

Qiymət 100-170 dollar arasıdır. Bunu orada tur satılan yerlərdən etsəniz, daha yaxşıdır. Qiymətə transfer, gün ərzində limitsiz qidalanma, şirələr və hətta spirtli içkilər də daxildir.

Səhər saat 9-da sizi resorta qoyurlar, gəlib götürəcəkləri saatı deyirlər. Mən bu turumdan o qədər razı qaldım ki... Getdiyim yer "Fihalhohi" adlanırdı. Tam bir cənnətdir desəm, yanılmaram. 

Məni məyus edən Male

Səfərimin son günlərini isə paytaxt Maledə keçirtməyi planlaşdırdım. Amma əgər sizin uçuş saatınız səhər yox, axşamdırsa Maledə qalmayın. Bura çox darıxdırıcıdır. Düzdür, böyük mağazalar, bazarlar, parklar, restoranlar burada çoxdur. Amma Maldiv deyəndə hamının istəyi okeanda üzüb, ağ qum üzərində günəş vannası qəbul etməkdir. Burada isə, artıq qeyd etdiyim kimi, çimərlik geyimi qadağandır. Adanın heç bir sahilində çimərlik geyimi geyinə bilməzsiniz. Həm də yağış yağır.

Burada yalnız yerli sakinlər üzür, özü də paltarda. Sahildə istirahət üçün əla şərait qurulub: oturacaqlar, yellənçəklər, uzanmaq üçün yerlər.  

Bəs, Maldivdə başqa nələr qadağandır?

Çimərlikdən kənar yerlərdə açıq geyimdə geyimdə gəzmək olmaz.
Məskun adaların hər birində ən azı bir məscid fəaliyyət göstərir. Həmin adalarda spirtli içkilərin satışı və istehlakı qəti qadağandır. Bundan başqa, digər ölkələrdən də spirtli içki gətirilməsinə icazə verilmir. Alkoqol yalnız otellərin bar və restoranlarında satılır.
Mağazalara və bəzi kofe yerlərinə girərkən ayaqqabınızı çöldə soyunub, içəri elə girməlisiniz.

Maldiv adalarında donuz ətindən hazırlanan yeməklərə tam qadağa var.
Turistlər təkbaşına balıq tuta bilməzlər. Ev heyvanlarınızı Maldiv adalarına gətirmək qadağandır.
Müsəlman dinindən başqa hər hansı bir dini təbliğ etmək olmaz.

Maldivdə nə yeməli?

Bol dəniz məhsulu yeyin. Tailand və yapon mətbəxi hər yerdə var. Mən Tailandda çox sevdiyim ananas içərisində düyünü daddım, sevmədim. Tuna steykləri əladır. Yanında salat və düyü ilə cəmi 9 dollar edir.
Təbii meyvə şirələri çox dadlıdır.

"Noodle" dadlı olur. Fərqli qiymətədir, dəniz məhsulu ilə 9-11 dollar arasıdır.
Ekzotik meyvələr yeyə bilərsiniz. Çox ucuz qiymətədir. 

Kokos şirəsi hər yerdə var. Özü də cəmi 2 manatdır.
Qəhvələri çox dadlı idi. Qiyməti 3, 4 dollar arası olurdu. Ən dadlı isə buzlu qəhvələrdir.

Zəhra Əhmədova

Посмотреть эту публикацию в Instagram

Публикация от Zahra Ahmadova (@zahra_ahmadova)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://axsam.az
archiveBu xəbər 08 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri