Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Məryəm Bağırova

İnsan həyatının ən paradoksal suallarından biri budur: Biz xoşbəxtik, yoxsa xoşbəxt kimi görünməyə məcburuq? Bəzən elə gəlir ki, insan öz həyatının aktyoruna çevrilir - həqiqət səhnə arxasında gizlənir, görünən isə yalnız maskanın yaratdığı illüziyadır.

XXI əsr insanı üçün ən böyük təhlükələrdən biri özünü xoşbəxt göstərmək məcburiyyətidir. Sosial şəbəkələrin yaratdığı “ideallaşdırılmış həyat” şablonları insanları öz daxili həqiqətindən ayırır. Hər kəs gülür, hər kəs xoşbəxtdir, hər kəsin həyatı rənglidir - amma bu rənglərin çoxu süni işıqlandırmanın nəticəsidir.

Filosof Fromm bu halı “istehlakçı xoşbəxtliyi” adlandırırdı: İnsanlar xoşbəxt deyillər, sadəcə xoşbəxt görünmək istəyirlər. Bu, psixologiyada kompensasiya mexanizmi kimi tanınır - insan içindəki boşluğu görüntü ilə doldurmağa çalışır. Lakin görüntü boşluğu doldurmur, sadəcə üstünü örtür.

Hər kəsin öz içində gizlətdiyi bir ağrı, bir qorxu, bir itki, bir çatışmazlıq var. Egzistensial filosoflar - Kierkegor, Camus, Sartr  deyirdilər ki, insanın ən böyük qorxusu “öz həqiqəti ilə tək qalmaq”dır. Xoşbəxt görünmək həmin qorxunu sakitləşdirən müvəqqəti dərmandır. Amma bu “dərman” insanı sağaltmır - sadəcə ağrını hiss etdirmir. Və insan nəhayət aynanın qarşısında tək qalanda, bütün maskalar düşəndə soruşur: Mən kiməm? Və mən niyə xoşbəxt deyiləm?

Həqiqi xoşbəxtlik – insanın öz qəlbi ilə barışmasıdır. O, səs-küylü deyil, şoudan uzaqdır. O, sakitliyin içində gizlənir.

Filosof Rumi deyirdi: “Xoşbəxtlik ev deyil ki, çatasan; o, içində yandırdığın işıqdır”. Bu işıq yalnız insan özünü qəbul edəndə yanmağa başlayır. İçindəki qaranlığı inkar etmədən, ağrılarını qəbul edərək, keçmişin yaralarını danmadan... Çünki insan öz kölgəsilə barışmayınca, öz işığını görə bilməz.

İnsan ömrü iki yolun arasında keçir: ya özünü tanımaq, ya da başqalarına tanıtmaq.

Birincisi çətindir, amma azad edir. İkincisi asandır, amma əsir edir.

Əsl xoşbəxtlik - insanın öz ruhuna verdiyi razılığıdır: “Mən olduğum kimiyəm və bu, mənə kifayətdir”. Xoşbəxt kimi görünmək isə sadəcə rol oynamaqdır - tamaşa bitəndə hamı gedir, səhnə boşalır, maska çıxır və insan yenə özü ilə üz-üzə qalır.

Əslində xoşbəxtlik böyük anlarda, böyük nəticələrdə və ya möhtəşəm vəzifələrdə deyil. İnsan bəzən elə zənn edir ki, xoşbəxt olmaq üçün mütləq hansısa hədəfə çatmalıdır, nəsə qazanmalıdır, kimlərinsə alqışını eşitməlidir. Amma bu, belə deyil. Xoşbəxtlik sadə anlardadır. Parkda əzizlərimizlə gəzməkdə... Sevdiyin filmə yorğun bir günün sonunda baxmaqda... Yolda təsadüfən çox sevdiyin bir insanla qarşılaşmaqda... Birinin sənə “evə xoş gəldin” deməsində... Gün batımının sakit rənglərində... Və bəzən də heç bir səbəb olmadan içini bürüyən o təmiz, kiçik rahatlıq hissində... Xoşbəxtlik bunlardır - sadə, təmiz və göstərilməyə ehtiyac duymayan anlar.

Hər şeyin altında dərin mənalar axtarmağa da ehtiyac yoxdur. Həyatın gözəlliyi bəzən elə sadəliyindədir. Hər şeyə görə pis olmaq olmaz; çünki heç bir problem əbədi deyil. Problemlər keçicidir, insanın öz içindəki güc isə qalıcıdır.

Ona görə bəzən xoşbəxtlik axtarmağa da ehtiyac yoxdur - sadəcə yaşadığın anın fərqinə varmaq kifayətdir. Çünki bəlkə də arzuladığın xoşbəxtlik elə indi, tam bu an, sənin həyatının içindədir. Hisslər də, çətinliklər də, anlaşılmazlıqlar da zamanla sakitləşir. Bu həqiqəti bilmək insana həm güc verir, həm də həyatın yükünü yüngülləşdirir. Amma biz çox vaxt xırda narahatlıqlara görə öz ömrümüzü boş yerə sərf edirik. Düşüncələrimizlə özümüzü yorur, “ya belə olsa?”, “bəs filankəs nə deyər?” kimi suallarla öz yolumuza daş qoyuruq. Halbuki həyat başqasının nə deyəcəyini düşünəcək qədər uzun deyil. Əgər nəyisə etmək istəyiriksə, onu ürəkdən hiss ediriksə, düşünmədən etməliyik. Çünki günün sonunda bizi xoşbəxt edən də, peşman edən də başqalarının fikri yox, öz seçimlərimizdir.

Ömür qısadır, qorxmadan yaşamağa dəyər. Həyatın gözəlliyi də elə bundadır - nə baş verəcəyini bilmirik. Bəzən bir an içində hər şey dəyişir, bəzən də uzun müddət dəyişməyən günlərin içində gizli möcüzələr yetişir. Sabahın bizə nə gətirəcəyini, kiminlə qarşılaşacağımızı, hansı sevincin qapımızı döyəcəyini bilmirik.

Hər səhər yeni başlanğıcdır, hər gün möcüzə ehtimalıdır. Həyat bizə heç nəyi söz vermir, amma hər şeyi mümkün edir. Ona görə də biz yaşamalıyıq - hiss edərək, risk edərək, öz həqiqətimizi yaşayaraq, başqalarının gözündən yox, öz ürəyimizin səsindən yapışaraq. Çünki bəlkə də axtardığımız sevinc, düşündüyümüzdən daha yaxın bir yerdədir.

Xoşbəxtliklə bağlı minlərlə kitablar, yüzlərlə filmlər çəkilib. İnsan əsrlərdir xoşbəxtliyin nə olduğunu anlamağa çalışır; bəzən fəlsəfədə, bəzən elmdə, bəzən də sadəcə bir hekayənin içində cavab axtarır. Bu cavab axtarışının ən gözəl nümunələrindən biri də “Soul” animasiyasında təqdim olunan metaforadır. “Soul” filmindəki məşhur balıq metaforası xoşbəxtliyin mahiyyətini parlaq şəkildə göstərir. Gənc balıq yaşlı balığa deyir: “Mən okeanı axtarıram”. Yaşlı balıq cavab verir: “Okean elə buradadır, sən onun içindəsən”. Gənc balıq isə təəccüblə: “Bu, sadəcə sudur. Mən okeanı istəyirəm”.

Bu qısa dialoq bizə çox sadə bir həqiqəti xatırladır: Həyatın mənası uzaqda deyil - elə yaşadığımız anların içindədir. “Soul”da Joe da böyük səhnələri, şöhrəti “həyatın mənası” kimi görür, amma anlayır ki, əsl dəyər adi anlardadır: nəfəs almaqda, yeməyin dadında, küləyin toxunuşunda, bir anlıq sakitlikdə.

Bəzən “okean” axtarırıq, amma onun içində olduğumuzu görmürük. Həyatın özü - sadə anlar, hiss etdiyimiz duyğular və gündəlik kiçik sevinc mənbələri artıq tam mənası ilə okeandır.

Halbuki bəlkə də arzuladığımız həyat çoxdan yanımızdadır - hər gün içindən keçdiyimiz anların içində, görməyə tələsmədiyimiz kiçik xoşluqlarda, dəyərini sonradan başa düşdüyümüz sükutlarda. Bəlkə də xoşbəxt olmaq üçün dəyişməyə ehtiyac yoxdur; sadəcə yaşadığımızın dəyərini görməyə ehtiyac var.

Xoşbəxtlik uzaqda deyil. O, bizimlə birlikdə nəfəs alır, addımlayır, susur, danışır.

Bəzən arzuladığımız həyat elə yaşadığımız həyatdır - sadəcə bunun fərqinə varmağı unuduruq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:1243
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see401

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see259

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see242

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see232

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see226

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see215

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see207

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see204

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see204

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see204

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see203

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see201

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see199

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see197

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see194

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see192

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see187

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see186

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see171

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri