Icma.az
close
up
RU
Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Düşmən üzərində qələbəmizin 5 ili tamam olur. Azərbaycan Yazıçılar Birliyinin, digər yaradıcılıq ittifaqlarının üzvü olan qələm sahibləri bu böyük Zəfəri təsvir və tərənnüm edən kitablar, əsərlər yazıblar, ictimaiyyətə təqdim ediblər, mətbuatda çap olunublar. Bu beş ildə yüzlərlə kitab işıq üzü görüb.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Ədəbi janrlar şöbəsinin müdiri Gülxani Pənah bildirib.

O, qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin tərtib etdiyi “Qarabağ dastanı” ("Otuz ilin həsrəti – 44 günün zəfəri"), Sabir Rüstəmxanlının “Qarabağa dönüş” adlı poeması, Vahid Əzizin Qarabağa aid “Param-parça illər”i kitabı, Nəriman Həsənzadənin “Zəfər yolu” poeması, Ramiz Qusarçaylının “Vətən” poeması, qazi-şairimizdən Həsən Kür, Elvin İntiqamoğlu və Emin Pirinin iştirakçısı olduqları müharibə barədə şahid nəzərləri ilə qələmə aldıqları çoxsaylı şeirlər, Azad Qaradərəlinin Cəbrayıl Dövlətzadəyə həsr olunan “Cəbrayıl əfsanəsi” romanı, İlqar Fəhminin “Balaca kişilər” əsəri, Kənan Hacının şəhid Sənan Axundov haqqında yazdığı “Lalə rəngli çobanyastığı” romanı çap olunub.

“Yazıçı Salatın Əhmədlinin “Zəfər bizim zəfərimizdir” adlı hekayələr kitabı da işıq üzü görüb. Bu beş ildə müəllifi olduğum Oğuz rayon şəhidlərinin döyüş yolundan bəhs edən “Əsrin “Oğuznaməsi” kitabım, “Vətən adlı dinim var”, “Azərbaycanıq-Bütöv bir canıq”, “Cəbhə xatirələri”, məktəblilər üçün “Vətən nəgmələri”, “Ana yurdum” kitablarım çap olunub”.
G.Pənahlı bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ədəbiyyat qəzeti”nin bir neçə sayı bütövlükdə qələbəyə aid yazılara həsr olunub.
"“Azərbaycan” jurnalının “Şuşa” adlı xüsusi sayı yayımlanıb. “Ulduz” jurnalının “Qarabağ” adlı xüsusi sayı dərc edilib. “525-ci qəzet"də müharibə soraqlı yazıları, Zəfərimizlə əlaqədar mətnləri bir yerə cəmləsələr, böyük bir kitab alınar. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvlərinin qələbəmizə həsr olunan bədii əsərlərindən ibarət “Sən azadsan” adlı kitab çap olunub”. 
“Yazıçı Salatın Əhmədli ilə birlikdə tərtib etdiyim II Qarabağ Müharibəsinə həsr edilən 160 müəllifin əsərlərindən ibarət 700 səhifəlik “Vətən bağı al-əlvandır” adlı bədii əsərlər toplusu, 150 qadın yazarın əsərlərindən ibarət, 650 səhifəlik “Qadın yazarlarımızın söz dünyasından” adlı antologiya, qələbəmizin 5 illiyinə həsr olunmuş, 154 müəllifin əsərlərindən ibarət “Zəfərimiz mübarək” adlı 760 səhifəlik antologiyamız çap olunub” – deyə AYB-nin şöbə müdiri qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Noyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri