Icma.az
close
up
RU
Burada heç kim xoşbəxt ola bilmir Kölgələr linanının sakinləri

Burada heç kim xoşbəxt ola bilmir Kölgələr linanının sakinləri

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün poetik realizmin görkəmli nümayəndəsi, kinorejissor Marsel Karnenin doğum günüdür.

Kulis.az bnu münasibətlə onu şah əsəri hesab olunan "Kölgələr limanı" filmi haqqında məqaləni təqdim edir.

Hər şey bir limandan başlayır.

Dəniz səssiz, şəhər yuxudadır. Duman sanki nəfəs alır, küçələrin üstünə çəkilmiş ağ kəfən kimi hər şeyi bürüyür. Və o dumanın içindən bir adam çıxır... Jan.... Gözlərində müharibənin kölgəsi, çiynində yorğunluq, qəlbində isə bir parça ümid. Kölgələr limanı onu gözləyir. Onu məhv edəcək liman...

Jan müharibədən qaçıb. Silah səsi, qan, itkilər arxada qalıb. Amma o, hələ də öz qəlbi ilə, ruhu ilə vuruşur. Limanda gizlənmək, nəfəs dərmək, yeni həyata başlamaq istəyir. Lakin şəhərin dumanı yalnız bədəni deyil, ruhu da öz ağuşuna alır. Burada hər kəs nədənsə qaçır. Polisdən, keçmişindən, sevməkdən.

Və bu qaranlıq, nəmli məhəllələrdə o, Nelli ilə qarşılaşır.

Nelli dumanın içində parlayan yeganə işıqdır. Gözləri sanki dənizin o biri üzünə baxır... Azadlığa... Amma azadlıq bu limanda mümkündürmü?

“Kölgələr limanı”nda hər dialoq Jak Preverin qələmindən çıxan şeir kimi səslənir. Onun sözlərində küçə tozu ilə pıçıltılar bir-birinə qarışıb.

Burada həyat ağ və qara deyil. Burada hər şey boz rəngdədir. Duman rəngində.

Sanki Tanrı belə bu limana baxmaq istəmir.

Jan Nelli ni sevir, amma bu sevgi xilas deyil, fəlakətdir. Onların qarşılaşması dənizdə iki gəminin toqquşması kimidir. Bir anlıq işıq, sonra qaranlıq. Karne kamerasını elə yerləşdirir ki, hətta dumanın içindən keçən bir baxış belə hiss olunur. Jan Qabenin baxışları sanki hər an “bura mənim son dayanacağımdır” deyir.

Və doğrudan da, bu limanda hər kəsin son dayanacağı var.

Burada heç kim xoşbəxt ola bilmir. Çünki “Kölgələr limanı”nın havası belə faciə qoxuyur.

Karne bu filmə rejissordan daha çox, şair baxışı ilə baxır.

O, işığın və kölgənin dili ilə danışır.

Ejen Şüftanın kamerası dumanın içində itən binaları, boğulan küçələri, kölgədə itən üzləri çəkir. Bu, çıxılmaz vəziyyətdə qalan ruhların portretidir.

“Kölgələr limanı” yalnız sevgi və ölüm hekayəsi deyil. O, 1930-cu illərin Fransasının problemlərini göstərir. İşsizlik, cəzasızlıq, müharibə sonrası travmalar limanın sularında əks olunur. İnsanlar bu dumanın içində təkcə özlərini yox, zamanı da itirirlər.

Külək əsir. Dəniz sükut içindədir.

Jan yıxılır... Nelli ağlayır...

Duman qalxıb hər şeyi udur.

Həyat davam edir, amma heç kim xilas olmur.

Tale də sevgi kimi gecikir həmişə...

Sevgi də tale kimi...

72 yeniyetmənin abort etdirməsinin günahkarı kimdir? Coninin konsertləri təxirə salındı Ölümündən sonra "Pulitzer" alan ilk şair - Feministlər niyə onun qəbrini dağıtmışdılar?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri