Icma.az
close
up
RU
Geosiyasətin yeni xəritəsi: Sülhə aparan yoldakı kölgələr və işıqlar

Geosiyasətin yeni xəritəsi: Sülhə aparan yoldakı kölgələr və işıqlar

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin beynəlxalq münasibətlər gündəmini formalaşdıran əsas hadisələrdən biri Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə qədəm qoymasıdır.

Uzun illərdir davam edən gərginlik və hərbi toqquşmalardan sonra tərəflərin Vaşinqtonda bir araya gələrək memorandum imzalamağa hazırlaşmaları regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açır. Xüsusilə də sənədin ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanacağı barədə yayılan məlumatlar bu prosesə təkcə diplomatik yox, həm də qlobal güclər müstəvisində strateji məna qazandırır.

Mərkəzi fiqurların dəyişməsi, Rusiya ilə münasibətlərin soyuması və Qərbin təşəbbüslərinin artması fonunda baş verən bu diplomatik aktivlik həm region ölkələrinin, həm də beynəlxalq oyunçuların maraqlarını çarpazlaşdırır.

Bəs bu memorandum Cənubi Qafqazda hansı geosiyasi dəyişikliklərin xəbərçisidir və əsas regional və qlobal oyunçular bu prosesdə necə mövqe tuturlar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov xatırladıb ki, sülh sazişinin hazırlanmasının ilk addımları məhz ABŞ-də atılmışdı. Onun sözlərinə görə, Vaşinqtonda sənədin ilkin variantı hazırlanmış, daha sonra Amerika bu prosesə rəsmi şəkildə qoşulmuşdu:

"Rusiya isə təşəbbüsü əldən verməmək üçün paralel olaraq sülh müzakirələri təşkil etdi. Lakin yekun nəticədə həm Rusiya, həm də ABŞ bu prosesin kənarında qaldılar. Hazırda həm Azərbaycanın, həm də Ermənistanın Rusiya ilə münasibətləri kifayət qədər soyuqdur. Rusiya bu münasibətlərin daha da pisləşməsi üçün əlindən gələni edir".

Şərhçi diqqətə çatdırıb ki, memorandumun ABŞdövlət başçısı Donald Trampın iştirakı ilə Ağ Evdə imzalanması, Rusiya prezidenti Vladimir Putinin nüfuzuna ciddi zərbə olacaq. Bu, eyni zamanda Azərbaycanın və Ermənistanın Rusiyadan uzaqlaşma xəttini seçdiyini açıq şəkildə göstərəcək: 

"Nəticə etibarilə, regionda ABŞ-nin və Türkiyənin nüfuzu bir qədər də artacaq.Ölkəmizin də beynəlxalq nüfuzu daha da yüksələcək. ABŞ üçün Azərbaycanın dövlət müstəqilliyini qorumaq əsas fəaliyyət istiqamətlərindən birinə çevriləcək".

Abutalıb Səmədov: ABŞ Zəngəzur dəhlizinin açılması istiqamətində də daha fəal iştirak etməyə çalışacaq

Onun sözlərinə görə, heç kimə sirr deyil ki, Rusiya Ukrayna müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı dəyişən geosiyasi reallıqları qəbul etməyə məcbur qalacaq:

"Memorandumun imzalanmasından sonra ABŞ Zəngəzur dəhlizinin açılması istiqamətində də daha fəal iştirak etməyə çalışacaq. Bu isə həm Azərbaycanın, həm Ermənistanın, həm də Türkiyənin maraqlarına cavab verir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Avqust 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri