“Tərsinə kölgələr” filmi Kazan Beynəlxalq Film Festivalında
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” adlı qısametrajlı bədii debüt filmi 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” bölməsində nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, film yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.
Filmin ssenaristi və quruluşçu rejissoru Hacı Səfərov, prodüserləri Emil Nəcəfov, Hacı Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, Pərviz Bayramquliyev, Gülnar Rəhimzadə, bəstəkarı Nigar Süleyman, montajçıları Mirzəli Əlizadə, Mətləb Muxtarov, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır.
Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.
Qeyd edək ki, “Chinar Film” MMC tərəfindən istehsal olunan ekran əsəri 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb.
Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşdi Dünyanın ən məşhur 10 milli geyimi “Tovuz döyüşləri – Zəfərə gedən yol” Milli Kitabxanada sərgilənir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















