Icma.az
close
up
RU
“Burada hər hansı irəliləyiş gözlənilmir” İstanbul danışıqlarından gözləntilər öləziyir

“Burada hər hansı irəliləyiş gözlənilmir” İstanbul danışıqlarından gözləntilər öləziyir

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada davam edən müharibənin diplomatik yollarla həlli istiqamətində gözləntilər yenidən aktuallaşarkən, ABŞ-dən səslənən bəyanatlar İstanbulda gözlənilən danışıqlardan real nəticə çıxacağına dair ciddi suallar doğurur.

ABŞ dövlət katibi Marko Rubio NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Antalyadakı toplantısından sonra jurnalistlərə verdiyi açıqlamada İstanbulda keçiriləcək danışıqlardan böyük gözləntilərinin olmadığını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlara "ikinci dərəcəli komanda" göndərib və bu, Moskvanın ciddi razılaşmalara maraqlı olmadığını göstərir.

Rubio bildirib ki, münaqişənin həllində real irəliləyiş yalnız ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin arasında birbaşa təmaslar baş tutacağı halda mümkündür: Mənim fikrimcə, burada hər hansı irəliləyiş gözlənilmir. Hətta deyərdim ki, bu yalnız o halda mümkündür ki, Prezident Tramp və Prezident Putin bu mövzu ilə bağlı birbaşa təmaslara başlasınlar”, – deyə ABŞ-ın baş diplomatı “Reuters” agentliyinə açıqlamasında bildirib.

Bu mövqeni Donald Tramp da bir gün əvvəl bəyan etmişdi. Keçmiş prezident açıq şəkildə bildirmişdi ki, “Putinlə birbaşa görüş olmadığı halda Ukrayna ilə bağlı danışıqlarda heç bir irəliləyiş olmayacaq”.

Digər tərəfdən, Türkiyədə Putinlə görüşə hazır olduğunu bildirən Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya gəlib və Rusiya nümayəndə heyətinin tərkibini tənqid edib. Onun sözlərinə görə, Vladimir Medinski kimi ikinci dərəcəli fiqurun rəhbərlik etdiyi nümayəndə heyəti, sadəcə, “butaforiyadır” və bu, Kremlin danışıqlara real marağının olmadığını göstərir.

Hazırkı situasiya göstərir ki, beynəlxalq səylər artmaqda davam etsə də, münaqişənin həlli istiqamətində real nəticə görünmür. ABŞ və Rusiya rəsmilərinin mövqeləri ondan xəbər verir ki, Ukrayna münaqişəsinin taleyi daha çox Vaşinqtonla Moskva arasındakı siyasi iradədən və liderlərin birbaşa təmasından asılıdır. Bu isə istənilən regional təşəbbüsün və ya vasitəçiliyin həlledici nəticə vermək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Rasim Əliyev
AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri