Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər

Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərkəz rəhbəri: “Tərəflərin mövqeləri gözlənilən İstanbul görüşündə razılığın əldə olunmasına imkan vermir”

Ryusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində atəşkəs və tərəflərin danışıqlar masasına əyləşməsi ətrafında qızğın müzakirələr gedir. Rusiya və Ukrayna danışıqlara hazır olduqlarını bəyan etsələr də, tərəflərin hər birinin şərti var. Rəsmi Kiyev hesab edir ki, 30 günlük atəşkəs imzalansın ki, nümayəndə heyətləri danışıqlara başlasınlar. Ukraynanın bu təklifinə Avropa İttifaqı və ABŞ dəstək verib. Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri və ABŞ-ın Rusiyaya 30 günlük atəşkəs elan etməsi ilə bağlı çağırışlarına məhəl qoymadan mayın 15-də Türkiyədə Ukrayna ilə birbaşa danışıqların “ilkin şərt olmadan” keçirilməsini təklif edib. Buna Ukrayna Prezidenti Volodimir Zelenskinin cavabı gecikməyib. Zelenski İstanbulda Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib: "Mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən. Ümid edirəm ki, ruslar bu dəfə bacara bilməmələrinin səbəblərini axtarmayacaqlar".  Kreml bu mesaja cavab verməyib.

Bu arada, ABŞ Prezidenti Donald Tramp deyib ki, Kiyevlə Moskva arasında mümkün danışıqlar günü şəxsən İstanbula uça bilər. Amerika liderinin sözlərinə görə, Zelenski Türkiyədə görüşə məhz onun çağırışından sonra razılaşıb. Eyni zamanda, Ukrayna və Avropa ölkələri ilkin olaraq danışıqlar üçün şərt kimi atəşkəs elan ediblər. Əks halda, Avropa İttifaqı ölkələri yeni sanksiyalar üzərində işə başlamaqla hədələyir. Bunu xüsusilə, rəsmi Berlin bəyan edib. Ukrayna Prezidenti isə bildirib ki, Kiyev “diplomatiya üçün lazımi baza təmin etmək üçün” tam atəşkəs gözləyir.

"Qətlləri uzatmağın mənası yoxdur", deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti hesab edir ki, ABŞ Prezidentinin Ukrayna və Rusiya nümayəndə heyətləri arasında mayın 15-də İstanbulda mümkün birbaşa danışıqlarda iştirak etmək fikri düzgündür.

"Əlbəttə, hamımız istərdik ki, Prezident Tramp orada bizimlə - Türkiyədəki bu görüşdə olsun. Bu, düzgün fikirdir. Biz çox şeyi dəyişə bilərik", - Zelenski qeyd edib.

Ukrayna lideri xatırladıb ki, daha əvvəl ABŞ Prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə “tam və qeyd-şərtsiz atəşkəs” və birbaşa danışıqlara dair təklifini dəstəkləyib: "Mən açıq şəkildə dedim ki, görüşə hazıram. Türkiyədə olacam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar. Ukrayna öz tərəfindən atəşkəsi təmin etməyə hazırdır".

Mövzu ilə bağlı AYNA.AZ-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, hazırda hər iki lider – Putin və Zelenski arasında psixoloji şahmat oyunu gedir:

- Zelenski fevral ayında Vaşinqtona getdi, Trampla görüşdü və məlum hadisə baş verdi – ABŞ lideri onu aşağıladı. Sonra Zelenski bir qədər geri addımlar atdı, mineral resurslarla bağlı Kiyev və Vaşinqton arasında saziş imzalandı. Daha sonra Zelenski 30 günlük atəşkəs planı irəli sürdü ki, Tramp bu təkliflə razılaşdı. Bununla Zelenski bir qədər ön plana keçdi. Beləliklə, top keçdi Putinin meydanına. Tramp bu zaman Putinlə danışdı, Rusiya lideri də atəşkəsə prinsipcə razı olduğunu söylədi, amma bununla yanaşı, şərtlər irəli sürdü. Yəni növbəti gedişi Putin etdi. Rusiya Prezidenti gecə gec saatlarında jurnalistləri Kremlə yığdı və Kiyevə 15 mayda İstanbulda görüş təklifi etdi. Sanki Kreml rəhbəri bununla təşəbbüsü ələ almaq istədi. Zelenski isə sürpriz etdi – Putinlə İstanbulda şəxsən görüşməyi təklif etdi. Bununla Zelenski üstünlük qazanmış oldu. Çünki düşünürəm ki, Putin İstanbula gedib Zelenski ilə görüşməyəcək. Moskva sadəcə nümayəndələrin görüşünü, danışıqlarını istəyir. Zelenski də bilir ki, Putin İstanbula gəlməyəcək. Lakin şəxsən görüşməyə hazır olduğunu bildirməklə Ukrayna lideri yenidən psixoloji üstünlüyü ələ aldı.

- Yəni İstanbulda görüş baş tutmaya bilər...

- Yox, diplomatik səviyyədə tərəflər görüşəcəklər. Yəni hər iki nümayəndə heyətinin görüşü olacaq, müzakirələr olacaq. Amma Putinin Zelenski ilə görüşmək üçün İstanbula gedəcəyini gözləmirəm. Məsələ burasındadır ki, atəşkəs mövzusunda tərəflərin mövqeləri fərqlidir. Zelenski deyir ki, 30 günlük atəşkəs olmalıdır. Putin isə üç günlük atəşkəs təklif edir. Ukrayna lideri ona görə ilkin olaraq 30 gün atəşkəs istəyir ki, danışıqlar normal getsin. Putin isə niyə 30 günlük atəşkəs istəmədiyini Kremlin sözçüsü Dmitri Peskovun dili ilə dünyaya çatdırdı. Peskov dedi “ona görə uzunmüddətli atəşkəsə razı deyilik ki, Ukrayna səfərbərlik edəcək, yeni qüvvə toplayacaq, Qərbdən yeni silahlar gətirəcək, yorulan döyüşçüləri əvəzləyəcək”. Burada Peskov bir məsələdə haqlıdır ki, döyüşçülər yorulub. Amma səfərbərliyi müharibənin gedişində də etmək olar. Silahlar da ki, demək olar hər gün gəlir. Yəni Rusiyanın arqumenti məntiqli deyil. Hesab edirəm ki, tərəflərin mövqeləri gözlənilən İstanbul görüşündə razılığın əldə olunmasına imkan vermir. Aydındır ki, münaqişə həll olunmayacaq. Amma heç olmasa, atəşkəs əldə olunmalı, danışıqlar başlamalıdır ki, bundan sonra ölüm-itim olmasın.  

- Danışıqların İstanbulda keçirilməsi təklifini necə qiymətləndirmək olar? Məsələn, niyə Putin Səudiyyə Ərəbistanını yox, Türkiyəni seçdi?  

- O mənada haqlısınız ki, Səudiyyə Ərəbistanında rusiyalı və amerikalı diplomatların da, elə ukraynalı nümayəndələrin də danışıqları keçirilib. Putinin nümayəndələrin İstanbulda görüşməsi təklifini onunla əlaqələndirmək olar ki, müharibənin ilk aylarında da İstanbulda görüş keçirilib, bu da həmin görüşlərin davamıdır. Amma mənə elə gəlir ki, məsələ təkcə bununla bağlı deyil. Putin ona görə Səudiyyə Ərəbistanını seçmədi ki, bu ölkə Amerikadan daha çox asılıdır. Yaxınlarda Trampın oraya səfəri də gözlənilir. Amma Putin bilir ki, regionda Türkiyə müstəqil siyasət yürüdür, ona görə də İstanbulda danışıqları məqsədəuyğun sayır. Burada bir qədər Avropa ölkələri, xüsusilə, Fransa oyundan kənarda qalır. Avropalı “dördlük” ona görə Kiyevə getdilər. Onlar kənarda qalmaq istəmirlər, danışıqlarda hansısa formada iştirakçı olmaq istədilər. Çünki anlayırlar ki, istanbulda Kiyev-Moskva görüşü Türkiyənin yerini və mövqeyini daha da gücləndirəcək. Buna “dördlük” heç də isti yanaşmır. Söhbət Fransa, Almaniya, Böyük Britaniya və Polşadan gedir.

Yeri gəlmişkən, PKK-nın silahı yerə qoyma məsələsi də önəmli faktordur. Çünki Fransa, Yunanıstan kimi ölkələr PKK-dan illər uzunu Türkiyəyə qarşı alət kimi istifadə ediblər. İndi onlar görürlər ki, qlobal problemin həlli üçün danışıqlar yeri Türkiyə seçilir, PKK terrorçuları silahı yerə qoyurlar, bu, əlbəttə, onlarda qıcıq yaradır. Bütün hallarda, İstanbulda görüşün keçirilməsi, xırda da olsa, hansısa razılaşmanın əldə edilməsi Türkiyənin bölgədə və dünyada mövqelərini gücləndirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri