Icma.az
close
up
RU
İstanbul danışıqlarından gözləntilər: “Sülh real və etibarlı vasitəçilərlə mümkündür”

İstanbul danışıqlarından gözləntilər: “Sülh real və etibarlı vasitəçilərlə mümkündür”

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Rusiya-Ukrayna müharibəsi fonunda İstanbulda aparılan danışıqlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Danışıqlardan əsas gözlənti ilkin atəşkəsin əldə olunması və humanitar dəhlizlərin genişləndirilməsidir. Sülh müqaviləsi ilə bağlı konkret nəticələr hələlik uzaq görünsə də, dialoqun özü belə bu mərhələdə mühüm irəliləyiş sayılır.

Politoloq Tural İsmayılov Sitat.info-ya verdiyi açıqlamada hazırkı mərhələdə razılaşmanın əldə olunması üçün hərbi deyil, daha çox siyasi və psixoloji mexanizmlərə ehtiyac olduğunu deyib: "Rusiya danışıqlarda hərbi uğurlarını diplomatik kart kimi istifadə etməyə çalışır, Ukrayna isə ərazi bütövlüyü məsələsində heç bir güzəştə getmək istəmir.

“Bu səbəbdən də İstanbul platforması neytral və balanslı siyasəti ilə fərqlənən yeganə vasitəçi məkan olaraq ön plana çıxır. Türkiyənin həm Kreml, həm də Qərblə qurduğu etimadlı münasibətləri onu bu prosesdə real nüfuz sahibi edir".

T.İsmayılov qeyd edib  ki, ABŞ və Çin də prosesə dolayısı ilə təsir göstərir: "Vaşinqton daha çox diplomatik kanallarla və müttəfiqlər üzərindən koordinasiyaçı rolunda çıxış edir. ABŞ hərbi dəstəklə yanaşı, regionda mövqelərini qorumağa çalışır. Çin isə neytrallığını qoruyaraq daha çox iqtisadi təsir gücündən istifadə edir, çünki münaqişənin dərinləşməsi Pekin üçün qlobal ticarətə təhlükə yaradır".

Politoloq vurğulayıb ki. Türkiyə bu prosesdə ən çevik və real təsir imkanına malik aktordur: "Coğrafi yaxınlıq, tərəflərlə güclü təmaslar və NATO üzvü olmasına baxmayaraq Rusiya ilə əlaqələri kəsməməsi Ankaranın vasitəçilik rolunu gücləndirir. Sülh yalnız üçüncü tərəfin təzyiqi ilə yox, qarşılıqlı güzəştlər və dəqiq mexanizmlərlə mümkündür. Bu mexanizmləri irəli sürmək və izləmək qabiliyyətinə malik yeganə ölkə hazırda Türkiyədir. İstanbul platforması beynəlxalq diplomatiya üçün nadir nümunəyə çevrilib". 

Nigar Əkbərova,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sitat.info
archiveBu xəbər 13 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri