Icma.az
close
up
RU
Burada kababı əllə yeməyəni döyürlər... Fotolar

Burada kababı əllə yeməyəni döyürlər... Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin məşhur qəzetçilərindən olan Ayşe Arman Adana kababını belə təsəvvür edir:

- Siz heç damaqla mədə arasında davanı hiss etmisiniz?

Bəli, bəli! Rəsmən dava edirlər!

Adana kababından bir tikə qoparırsan, təbii ki, çəngəl-bıçaqla deyil, kababı əllə yeməyəni döyərlər!

Əti pidənin içinə qoyursan, üzərinə sumaxlı soğan tökürsən və incə limandra sıxırsan...

Etdinmi?

Üst damaq zövqdən ölür...  Tam bir orqazm! Adana kabab yeyəndə mən belə oluram...

Fikrimcə, Adana kababı haqqında bəlkə də verilmiş ən gözəl şərhdir. Bunun üzərinə başqa bir şərh vermək, 56 yaşlı həmkarıma haqsızlıq olar.

Buna da Adana kababı yediyimiz “Onbaşılar” restoranında rast gəlirəm. 2011-ci ildə “Hürriyet” qəzetində yazılan bu köşə həmin restoranın bir köşəsindən asılıb.

Seyhan Baraj Gölünün sahilində yerləşən bu restoranda daha bir qəzet diqqətimi çəkir. 15 il öncəyə aiddir.

Xəbərin girişi belədir:

Türk Prezidentlərinin belə gəlmədiyi Adana Almaniya Prezidenti Kristian Vulffu və xanımı Bettina Vulffu qonaq etdi. Almaniyanın ozamankı prezidentinə burada, məhz “Onbaşılar” restoranında Adana kababı və bölgənin mətbəxindən ləziz təamlar təqdim olunur.

AZAL-ın Milli mətbuatın 150 illiyi münasibətilə Mersindən sonra Adanaya təşkil etdiyi səfərdə qonağı olduğumuz “Onbaşılar”ın təkcə 121 illik kababçılıq ənənəsi var. 1904-cü ildə Mehmet Kıyan Onbaşı ləqəbli qaynı ilə birgə açdığı kiçik “dükkan”ı indi nəslin davamçıları ikimərtəbəli, 700 qonağa eyni anda xidmət göstərə bilən böyük restoran halına gətiriblər.

Adanaya yolunuz düşərsə, hansı ki, AZAL-ın açdığı yeni müntəzəm reyslərlə indi bu çox asandır, o zaman Türkiyənin 5-ci böyük şəhərində ən tövsiyə olunan məkanlarından biridir.

Mersin kimi, Adanada da isti hava şəraiti hökm sürür. Hazırda temperatur 40 dərəcəni göstərir. Şəhərə gözəllik qatan tarixi abidələrdən biri də Taşkörpüdür. 1700 illik tarixi olan bu körpü günümüzə qədər qorunub saxlanılır, Adananın simvollarından biridir.

Seyhan gölünün üzərində yerləşən körpüdən Sabancı camisinə mükəmməl mənzərə açılır.

Təsadüfən Adanın ən yaşlı sakinlərindən biri Metin dayı ilə söhbətləşirik. Bu yaxınlarda 86 yaşı olacaq. Bəstə boyu, öz təbiri ilə desək, manqal kimi ürəyi var. Bir çox “kabadayılar” gördüyünü bildirən Metin dayının ən çox üzüldüyü həmyaşıdlarının çoxunun dünyadan köçməsidir.

Deyir, bizim olduğumuz yerdə heç kim dul qadına sataşa bilməz, yetimi, kasıbı incitməz. İndi aptekdə dostunun dul xanımından və qızından hal-əhval tutmağa gəlmişdi. Dostu uzun illər öncə avtomobil qəzasında həlak olub. Onu ayaqda belə şux saxlayan bəlkə də vəfa borcuydu...

Metin dayı ilə sağollaşmaq vaxtı çatır:

- Məndən Əliyevə salam söyləyin! Onu çox sevirəm! Adam kimləri dizə gətirmədi... Unutmayın, Allahına kadar adanalıyız...

Emin Səfərov, Adana









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:347
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri