Icma.az
close
up
RU
Papa yayı burada keçirəcək FOTOLAR

Papa yayı burada keçirəcək FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo papaların yayda istirahət etdiyi iqamətgaha köçüb.

"Unikal" xəbər verir ki, Roma Papası yay tətilini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahda keçirəcək. Papa Leo iyulun 6-dan 20-dək Albano vulkanik gölünün sahilində yerləşən bu yay iqamətgahında qalacaq, burada messalar keçirəcək. Bu müddət ərzində Vatikanda bütün görüşlər və qəbullar dayandırılacaq, iyulun 30-dan isə yenidən bərpa olunacaq. Papa Leo avqustun 15-dən 17-dək də Kastel Qandolfoda qalacaq.

Qeyd edək ki, yay iqamətgahı 12 il sonra XIV Leo tərəfindən istifadə olunacaq. Mərhum Papa Fransisk yayda Vatikanda qalmağı seçərək iqamətgahdan istifadədən imtina etmiş, 2016-cı ildən buranın turistlər üçün açıq muzey kimi istifadə olunması göstərişini vermişdi. Bununla da, Roma papalarının ənənəsi pozulmuşdu. İqamətgahda yaşayan sonuncu Papa XVI Benedikt olub.

Burada İsveçrə qvardiyasına məxsus geyimlər, papanı yürüşlərdə daşımaq üçün istifadə olunan portativ taxt və digər əşyalar yerləşən sərgi otaqları var. Həmçinin bütün papaların portretləri nümayiş olunan qalereya, qonaqların qəbul edildiyi gözləmə otaqları yerləşir. Malikanədə papanın ofisləri, kreslosu, iş masaları, kitab rəfləri, yataq otağı, qurbangah və kiçik kilsə var.

Kastel Qandolfo XIII əsrdə Müqəddəs Taxt-Tacın mülkü elan edilib, lakin XVII əsrə kimi burada bina tikilməyib. Papaların istirahət etdiyi Kastel Qandolfo sarayı isə 1624-cü ildə Karlo Maderno tərəfindən Papa VIII Urban üçün inşa olunub. 1929-cu ildə Papa XI Piy tərəfindən burada bərpa işləri aparılıb və o vaxtdan papaların yay iqamətgahı kimi istifadə edilib. Roma papaları ənənəvi olaraq qışı Vatikanda, yayı isə Kastel Qandolfoda keçiriblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 İyul 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri