“Çox istərdim burada olsun, amma…” Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Xalq artisti Nəzakət Teymurovanın Heydər Əliyev Sarayında "Qal, sənə qurban" adlı konserti keçirilir.
Axşam.az xəbər verir ki, xanəndə tədbirdən əvvəl jurnalistlərlə söhbət edib. İfaçı konsertinə ciddi hazırlaşdığını bildirib:
"Ciddi məşqlərimiz oldu. Neçə aydır ki, hazırlaşırdıq. Bu, bir məsuliyyətdir. İnsan püxtələşdikcə istəyir ki, tamaşaçı qarşısına mükəmməl şəkildə çıxsın. Biganə ifaçıları sevmirəm, hər şeyin məsuliyyəti var. İfaçının məsuliyyəti isə ikiqat olmalıdır. Konsert vermək çox çətin bir prosesdir”.
Nəzakət Teymurova özəl günündə ailə üzvlərinin və sənət yoldaşlarının onu tək qoymadığını vurğulayıb:
"Ailə üzvlərimin hamısı buradadır, bacılarım, qızım. Ustadım, Xalq artisti Arif Babayevlə isə 3-4 gün bundan qabaq danışmışam. Çox təəssüfləndi ki, gələ bilmir. İstərdim ki, burada olsun, konsertimdə iştirak etsin. Allah ustadıma can sağlığı versin. Onun nəfəsi gəlir-gedir, bu bizim üçün hər şeydir".
Foto: Orxan Şərəfxanov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 20 May 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















